AZ

Naxçıvanda istehlakçılara 2,6 milyon manat ƏDV məbləği geri qaytarılıb

 

398b452c4069c384370fd18e7f088eea.jpg
18.04.2025 15:40

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

 

Dövlət Vergi Xidmətindən TED.az-a bildirilib ki, cari ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

 

Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək muxtar respublikada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-mart aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 369 min manat olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox