AZ

IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq

3cf6ffdd351454fce0dd310be2c0212c.jpg
01.05.2025 17:20

ABŞ-nin "International Business Machines" (IBM) şirkəti növbəti beş il ərzində ölkəyə 150 milyard dollar investisiya qoymağı planlaşdırır.

 

TED.az "İnterfaks"a istinadən xəbər verir ki, investisiyaların 30 milyard dollardan çoxu server və kvant kompüterləri sahəsində tədqiqat və təkmilləşdirmə işlərinə yönəldiləcək.

 

Qeyd edək ki, ABŞ-nin texnologiya sektorunda ən böyük işəgötürənlərdən biri olan IBM son beş il ərzində dünya üzrə kvant kompüterlərinin inkişafına 33.6 milyard dollar xərcləyib. Bu dövrdə ümumi əməliyyat xərcləri 141.8 milyard dollar təşkil edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox