"Google" delfinlərin dilini öyrənəcək
"Google" delfinlərin dilini öyrənəcək
"Google" şirkətinin mütəxəssisləri delfinlərlə ünsiyyət qurmaq üçün süni intellekt modeli hazırlayıblar.
TED.az-ın məlumatına görə, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Bildirilib ki, şirkətin mütəxəssisləri əvvəlki "Gemma" modeli əsasında "DolphinGemma" adlı yeni bir böyük dil modeli (LLM - Large Language Model) yaradıblar. Bu proqram vasitəsilə tədqiqatçılar delfinlərin çıxardığı səsləri analiz etməyə, bu səslərdəki nümunələri müəyyən etməyə və onlarla qarşılıqlı ünsiyyət qurmağı öyrənməyə çalışacaqlar.
Layihə vəhşi delfinlərin tədqiqi ilə məşğul olan "Wild Dolphin Project" (WDP) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Alimlər yeni süni intellekt modelinə 1985-ci ildən bəri toplanmış delfin səslərindən ibarət geniş bir səs kitabxanasını yükləyiblər.
Mütəxəssislərin sözlərinə görə, hələlik delfinlərin "sözlər"dən istifadə edib-etmədiyini dəqiq demək mümkün deyil. Lakin öyrənilən materiallarda müəyyən təkrarlanan və mənalı ola biləcək səs nümunələrinə rast gəlinir.
Əgər "DolphinGemma" modeli uğurlu nəticələr verərsə, bu, delfinlərin "dilini" başa düşmək və onlarla daha səmərəli ünsiyyət qurmaq üçün mühüm addım olacaq.
Yeni proqramın sınaq versiyasının 2025-ci ilin yayında istifadəyə verilməsi planlaşdırılır.
Dünya bölməsindən digər xəbərlər
Sevil Art brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Redmi Note 15 Pro 4G gəlir
Vivo S50 seriyasının xüsusiyyətləri demək olar ki, açıqlandı!
Intel 14 milyard dollarlıq böyük bir müqavilə imzaladı
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir
iPhone Air yenə məyusedicidir!
Tramp elektrikli nəqliyyat vasitələrinə müharibə elan etdi!
Gemini yüksəlir, ChatGPT azalır!
Xiaomi 17S seriyası gəlir
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Galaxy S26 Seriyasına 25 Vt Maqnit Şarj Dəstəyi Gəlir!
Avropa Birliyindən X üçün rekord cərimə!
Tesla Yeni Versiyalarını Təqdim Edir!
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
"Peaky Blinders" filmi üçün yeni inkişaflar!
670 at gücündə AUDI E7X SUV Qlobal Bazara Hazırlaşır!
Həftənin ən çox oxunanları
“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Redmi Note 15 Pro 4G gəlir
Xiaomi 17S seriyası gəlir
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Gemini yüksəlir, ChatGPT azalır!
Redmi Turbo 5 seriyasına geri sayım!
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




