“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Ölkənin aparıcı internet provayderi “CityNet” Milli İnternet Mükafatı –“MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır. Əməkdaşlıq sayəsində “CityNet” ölkədə ən yaxşı rəqəmsal resursların üzə çıxarılması, rəqəmsal sektorda rəqabətli mühitin təşviqi və Azərbaycanda rəqəmsal sahənin inkişafı prosesinə öz töhfəsini verir.
“Millinet 2025” müsabiqəsinə 14 nominasiya üzrə ümumilikdə 179 rəqəmsal resurs təqdim edilib və onlardan qaydalara uyğun olan 148 resurs 1-ci mərhələ üzrə səsvermədə iştirak hüququ qazanıb. “İlin rəqəmsal siması” xüsusi nominasiyasına isə 7 namizəd irəli sürülüb.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “MilliNet” müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılma mərasimi 15 dekabr tarixində keçiriləcək.
Qeyd edək ki, “CityNet” “MilliNet” kimi müsabiqələrin tərəfdaşı olmaqla yerli startapların tanıdılması və IT sahəsində fəaliyyət göstərən istedadlı gənclərin peşəkar inkişafına dəstək olur.
“CityNet” haqqında
Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” (ticarət nişanı “Uninet” MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet” Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar.
“Uninet” MMC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Elektrikli Lamborghini Xəyalı Bitdi!
Panasonic Rəsmi olaraq İstehsalını Dayandırır!
Süni İntellekt Pulsuz Tətbiqlərə Son Qoyacaq
Meta və AMD süni intellektdə yeni bir dövrə başlayır
Telegram-ın qurucusu Pavel Durov terrorizmi dəstəkləyirmi?
Firefox Süni İntellekti Söndürmə Düyməsini Əldə Edir
Tesla Dövləti Məhkəməyə Verir!
Forza Horizon 6 Hekayəsi Açıqlandı
Apple-ın Yeni Ağıllı Eynəkləri Samsung-u Hədəfləyir
Klod Təqdimat Saatlarını Sonlandırır!
Xbox-un yeni baş direktoru açıqlandı
Xiaomi 17T və 17T Pro gözləniləndən daha tez gəlir!
iOS və Android arasında şifrələnmiş mesajlaşma başlayır
OpenAI Yeni 100 dollarlıq ChatGPT Paketini Təqdim Edir
Google NotebookLM Dizaynını Tamamilə Yeniləyir
Büdcəyə Uyğun Honor X6d 5G Təqdim Edildi
NVIDIA RTX 5090 Ti Oyunu Dəyişdirəcək
DJI Osmo Pocket 4 üçün Yeni Sızıntılar
iOS 26.3.1 Yeniləməsi Yolda! Nələr Gələcək?
Tesla ölümcül avtopilot qəzasına görə 243 milyon dollar ödəyəcək!
Nvidia OpenAI-yə 30 Milyard Dollar İnvestisiya Edir
Samsung RAM-da əvvəlki gücünü bərpa edibmi?
Google Play Tətbiqləri Məlumat Sızdırır!
iPhone 17e Xüsusiyyətləri Açıqlandı
Honor Magic V6 Xüsusiyyətləri Sızdırıldı
Həftənin ən çox oxunanları
Xiaomi 17T və 17T Pro gözləniləndən daha tez gəlir!
Büdcəyə Uyğun Honor X6d 5G Təqdim Edildi
iOS və Android arasında şifrələnmiş mesajlaşma başlayır
OpenAI Yeni 100 dollarlıq ChatGPT Paketini Təqdim Edir
NVIDIA RTX 5090 Ti Oyunu Dəyişdirəcək
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
Google NotebookLM Dizaynını Tamamilə Yeniləyir
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


