Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondu Qarabağ Universitetində “İnnovasiya və Süni İntellekt” təqaüd proqramına dair məlumatlandırma görüşü keçirib.
Görüşdə universitetin tələbələrinə proqramın məqsədi, seçim meyarları, təlim istiqamətləri və ümumi proses barədə ətraflı məlumat verilib, daha sonra isə onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gənclərin proqram haqqında daha dolğun məlumat əldə etməsinə töhfə verən məlumatlandırma görüşləri növbəti günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.
Təqaüd proqramı çərçivəsində seçilmiş iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki təlimlərə cəlb olunacaqlar. Proqram müddətində ümumilikdə 150 gəncin bu imkanlardan yararlanması nəzərdə tutulur.
Bu təşəbbüs Bakcell və Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və regionda gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir.
Təqaüd proqramına müraciət etmək istəyən 18–29 yaş aralığında və İT sahəsi üzrə baza biliklərinə malik gənclər link vasitəsilə 1 mart tarixinədək qeydiyyatdan keçə bilərlər. Proqrama indiyədək 1600-dən çox müraciət daxil olub.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Texnologiya bölməsindən digər xəbərlər
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Nvidia-nın OpenClaw Rəqibi Gəlir!
HUAWEI WATCH Ultimate 2 Yaşıl Versiyası Artıq Türkiyədə Satılır
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
MacBook Neo 2 iPad kimi olacaq!
OnePlus 15T-nin İlk Rəsmi Şəkli Açıqlandı!
Çip Böhranı Qayıda Bilər!
Google Mesajlarında Təsadüfi Mesajlar Artıq Yoxdur!
Huawei Pura 90 Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Huawei, HarmonyOS 7-ni atlaya bilər!
iPhone 18 Pro Seriyası ilə Gələcək İnnovasiyalar
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
OpenAI-da Kritik İstefa!
EA Daha Bir Oyunu Bağlayır
Apple M5 Pro Performans Testlərində Sərhədləri Artırır
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Apple niyə Mac qiymətlərini artırdı?
Oppo Find N6 Narıncı rəngdə sızdırıldı!
Galaxy S26 Ultra Sökülür: Təmiri Nə Qədər Asandır?
Həftənin ən çox oxunanları
TECNO Modul Telefonunu Təqdim Edir
HONOR və ARRI Birləşir! Kameralar İrəliyə Sıçrayış Edir!
iOS 26.3.1 Buraxıldı! Yeniliklər Budur!
Oppo Find X9 Ultra-nın Kamerası Artıq Sensasiyaya Səbəb Olur!
ChatGPT üçün Növbəti Hədəf: NATO!
Nintendo Switch Online-da Üç Əfsanəvi Klassik Gəlir!
Speedtest və DownDetector Satışda! Böyük Təklif!
DJI Osmo Pocket 4-ün Yeni Xüsusiyyətləri Sızdırıldı
Huawei 5G ilə Agent İnternet Dövrünün Başlanğıcını Elan Edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



