AZ

İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb

 
 

1c65802a36327d0de947885441175953.jpg
01.05.2025 13:50

Azərbaycanda internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin quraşdırdığı “Ookla” şirkətinin 38 “Speedtest” serverində performans və əməliyyat göstəricilərində çatışmazlıqlar aşkarlanıb.

 

TED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

 

Bildirilir ki, həmin çatışmazlıqlara şəbəkəyə bağlantı sürətinin, operativ yaddaş tutumunun çox aşağı olması, server proqram təminatının köhnəliyi, SSL sertifikatlarının yenilənməməsi daxildir. Bu hallar abunəçilər tərəfindən internet sürətinin ölçmələri zamanı reallığı əks etdirməyən ölçmə nəticələrinə səbəb olub.

 

Qısa müddət ərzində tənzimləyici qurumun dəstəyi və profilaktik tədbirlər vasitəsilə performans və əməliyyat göstəricilərindəki boşluq və çatışmazlıqların aradan qaldırılmasına nail olunub.

 

Xatırladaq ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

TED + bölməsindən digər xəbərlər

Daha çox