Yeni rekord: Bir sutkadan az müddətdə kosmosa 6 müxtəlif raket buraxılıb
Cəmi 17,5 saat ərzində dünyanın müxtəlif kosmodromlarından orbitə altı raket buraxılışı həyata keçirilib. Bu göstərici bir sutka ərzində həyata keçirilmiş raket buraxılışlarının əvvəlki maksimum sayını iki dəfə üstələyib.
TED.az xarici mediaya istinadla xəbər verir ki, missiyaların əksəriyyəti peyk internet şəbəkələrinin yerləşdirilməsi ilə bağlı olub. Görünür, kosmik trafikin bu qədər sıxlığı hələ başlanğıcdır.
Belə ki, aprelin 29-da (Bakı vaxtı ilə saat 01:10-də) Çin Haynan adasında yerləşən Vençan kosmodromundan “Long March 5B” raketini orbitə buraxıb. Raket “Guowang” adlı genişzolaqlı əlaqə üçün nəzərdə tutulmuş böyük peyk şəbəkəsinin yaradılması məqsədilə bir qrup peyki Yerin aşağı orbitinə çıxarıb.
32 dəqiqə sonra Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi buraxılıb. Raket Yerin aşağı orbitinə 27 ədəd “Starlink” internet peykini çatdırıb.
Daha sonra, Şərq vaxtı ilə saat 19:01-də (Bakı vaxtı ilə aprelin 29-u saat 04:01-də) “United Launch Alliance” şirkətinin “Atlas V” raket-daşıyıcısı Floridada Kosmik Qüvvələr bazasından buraxılıb və “Amazon” şirkətinin “Project Kuiper” genişzolaqlı rabitə meqabürc şəbəkəsi üçün ilk 27 peyki orbitə çıxarıb. 3,5 saat sonra NASA-nın Kennedi Kosmik Mərkəzindən daha bir “Falcon 9” raketi buraxılıb və orbitə 23 “Starlink” peyki çatdırılıb.
Aprelin 30-u səhər saatlarında daha iki buraxılış həyata keçirilib, lakin bu buraxılışlarda internet peykləri orbitə çıxarılmayıb.
Şərq vaxtı ilə saat 05:15-də (Bakı vaxtı ilə 14:15-də) Fransız Qvianasındakı Kuru kosmodromundan “Arianespace” şirkətinin “Vega-C” raketi buraxılıb. Raket Avropa Kosmik Agentliyinin “Biomass” peykini Yer aşağı orbitinə çıxarıb. Bu cihaz meşələrin vəziyyətinə nəzarət edəcək. “Vega-C” üçün bu, cəmi dördüncü, 2022-ci ilin dekabrında baş vermiş uğursuz uçuşdan sonra isə ikinci buraxılış olub.
Həmin gün səhər “Firefly Aerospace” şirkəti Vandenberq kosmodromundan “Alpha” raketinin altıncı buraxılışını həyata keçirib. Raket “Lockheed Martin”in texnologiyalarını nümayiş etdirən peyki daşıyıb. Lakin birinci və ikinci pillələrin ayrılması zamanı nasazlıq baş verib və faydalı yük itib.
Nəticədə 17,5 saat ərzində orbitə altı raket buraxılışı həyata keçirilib, onların beşi uğurlu olub. Bu, son dərəcə yüksək aktivlikdir və görünür, bu yalnız başlanğıcdır.
“SpaceX” artıq həftədə bir neçə buraxılış həyata keçirir, böyük peyk genişzolaqlı rabitə şəbəkələrinin hazırlanması isə davam edir. Buna görə də raket buraxılışlarının daha da tez-tez baş verəcəyi gözlənilir.
Dünya bölməsindən digər xəbərlər
Sevil Art brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Redmi Note 15 Pro 4G gəlir
Vivo S50 seriyasının xüsusiyyətləri demək olar ki, açıqlandı!
Intel 14 milyard dollarlıq böyük bir müqavilə imzaladı
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir
iPhone Air yenə məyusedicidir!
Tramp elektrikli nəqliyyat vasitələrinə müharibə elan etdi!
Gemini yüksəlir, ChatGPT azalır!
Xiaomi 17S seriyası gəlir
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Galaxy S26 Seriyasına 25 Vt Maqnit Şarj Dəstəyi Gəlir!
Avropa Birliyindən X üçün rekord cərimə!
Tesla Yeni Versiyalarını Təqdim Edir!
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
"Peaky Blinders" filmi üçün yeni inkişaflar!
670 at gücündə AUDI E7X SUV Qlobal Bazara Hazırlaşır!
Həftənin ən çox oxunanları
“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır
Redmi Note 15 Pro 4G gəlir
Xiaomi 17S seriyası gəlir
Galaxy S26 seriyası Fold stilində kamera adası ilə gələ bilər!
Samsung Galaxy S26 Seriyası Dizaynını Təsdiqləyir
Gemini yüksəlir, ChatGPT azalır!
Redmi Turbo 5 seriyasına geri sayım!
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




