AZ

Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı

 

f71e6cf7167a314b2a573652b941c81b.jpg
01.05.2025 18:57

"Sandfall Interactive" şirkəti "Clair Obscur: Expedition 33" kompüter oyununun üç gündə 1 milyon nüsxə ilə satdığını açıqlayıb.

 

TED.az championat.com-a istinadən xəbər verir ki, bu nəticə "Game Pass" abunəsi olan oyunçular nəzərə alınmadan əldə edilib.

 

Müəlliflər həmçinin oyunçulara layihələrinə inandıqları üçün təşəkkür ediblər.

 

Qeyd edək ki, "Clair Obscur: Expedition 33" aprelin 24-də PC, PS5, "Xbox Series X/S" üçün buraxılıb. "Metacritic"də oyunun orta tənqid xalı 92-dir.

 

Eyni aqreqatorda oyun həm də ən yüksək istifadəçi reytinqinə malikdir - 10 baldan 9,6 bal.

Dünya bölməsindən digər xəbərlər

Daha çox