"Azərkosmos" hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq

Hesablama Palatası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdə ("Azərkosmos") apardığı auditin nəticələri əsasında bir sıra hüquq pozuntuları ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı təkliflər irəli sürüb.
TED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2024-cü il üzrə dördüncü nömrəsində bildirilir.
Palata vergi qanunvericiliyinin və dövlət satınalmaları qaydalarının pozulması ilə bağlı audit tapıntılarının aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edilməsini təklif edib.
Eyni zamanda, Agentliyin və onun İdarə Heyətinin səlahiyyətlərini icra etməməsi halları ilə bağlı Nazirlər Kabinetinə məlumat göndərilməsi məqsədəuyğun hesab olunub. Cari auditor hesabatının "Azərkosmos"a təqdim edilməsi, audit nəticələri barədə Milli Məclisə məlumat verilməsi də təkliflər sırasındadır.
Hesablama Palatası Kosmik Agentlikdən “Hesablama Palatası haqqında” qanunun 27.7-ci maddəsinə uyğun olaraq, audit hesabatında göstərilən nöqsanların aradan qaldırılması, məsul şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi və görülmüş işlər barədə 1 ay müddətində məlumat verilməsini tələb edib.
Palatanın audit zamanı müəyyən etdiyi maliyyə pozuntuları və onların aradan qaldırılması üçün Kosmik Agentlik qarşısında irəli sürdüyü əsas tələblər bunlardır:
- 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində çadırların istehsalı və montaj xidmətlərinə görə 26,5 min manat ƏDV-nin hesablanaraq dövlət büdcəsinə ödənilməsi;
- 2022–2023-cü illərdə alınmış xidmətlərlə bağlı 46,3 min manatlıq əvəzləşdirilmiş ƏDV-nin büdcəyə qaytarılması;
- 132,2 min manatlıq dəyəri olan aktivlərin inventarizasiyası və uçota alınması;
- Kosmik fəaliyyətə dair hazırlanmış 13,5 min manatlıq videoçarxın qeyri-maddi aktiv kimi uçota alınması;
- İşçilərə mükafat olaraq normadan artıq verilmiş 24,6 min manatın bərpası;
- Monitorinq, təlim və SƏTƏM xidmətlərinə görə artıq ödənilmiş 23,5 min manatın geri qaytarılması;
- Konqresin bağlanış mərasimi üçün normadan artıq xərclənmiş 39 min manatın və hədiyyələrə görə ayrılmış 154,1 min manatın dövlət büdcəsinə bərpa edilməsi.Q
TED + bölməsindən digər xəbərlər
Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Həftənin ən çox oxunanları
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər

