AZ

Çində dünyanın ən nazik oyun smartfonu təqdim olunub

6896aeeccf962da367596a23d34972cf.jpg
17.04.2025 10:57

Çində oyun həvəskarları üçün nəzərdə tutulan dünyanın ən nazik oyun smartfonu təqdim edilib.

 

TED.az xəbər verir ki, bu barədə "GizmoChina" nəşri məlumat yayıb.

 

 

Sözügedən cihaz – "Red Magic 10 Air" smartfonu Çinin “Nubia” şirkəti tərəfindən təqdim olunub. 6.8 düymlük ekranla təchiz edilən cihaz, yüksək performanslı oyunlar zamanı optimal temperaturu qorumaq üçün təkmilləşdirilmiş "Composite Liquid Metal 2.0" soyutma sistemi ilə təchiz edilib.

 

Yeni model, incə dizaynı və güclü texniki göstəriciləri ilə bazarda seçilməyi hədəfləyir. Qeyd olunur ki, "Red Magic 10 Air" məhz qeymerlər üçün xüsusi olaraq hazırlanıb və oyun təcrübəsini maksimum səviyyəyə çatdırmaq üçün optimallaşdırılıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox