“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb
Daha 7 mikro və kiçik sahibkara onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 7-nə şəhadətnamənin verilməsi qərara alınıb.
KOBİA-dan TED.az-a verilən məlumata görə, “Startap” şəhadətnamələri “Green Public” MMC-nin ağacəkmə, yaşıllaşdırma tədbirləri və ianələr üçün onlayn platforması, “Lumusoft” MMC-nin motosiklet, ikitəkərli elektrikli nəqliyyat vasitələri və velosipedlər üçün onlayn marketpleys, “Self Tech” MMC-nin özünəxidmət kofeşopu və mikromarket üçün ağıllı həllər, “U and R Company” MMC-nin dövlət qurumlarında və özəl şirkətlərdə kadrların idarəedilməsi üçün onlayn platforması, “Azari” MMC-nin kuryer xidmətlərinin idarəedilməsi üçün onlayn platforması, fərdi sahibkarlar Günay Əliyevanın onlayn təhsil platforması və Cavid Cabbarovun tullantı qida qalıqlarının təkrar emalı, ev heyvanları üçün konservləşdirilmiş yem istehsalı layihələrinə təqdim edilib.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: smb.gov.az/az/nav/startap-sehadetnamesi
Startaplar bölməsindən digər xəbərlər
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Həftənin ən çox oxunanları
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




