AZ

TEXİO Academy HR-lar üçün süni intellekt mövzusunda workshop təşkil edib

98a10bd1228231f0dcdaa175ec553039.jpeg
10.07.2026 14:00

TEXİO ACADEMY və PRIMELINE MMC-nin birgə təşkilatçılığı ilə “HR sahəsində süni intellektdən düzgün istifadə prinsipləri, effektiv prompt mühəndisliyi və süni intellekt təhlükəsizliyi” mövzusunda workshop keçirilib.

 

Workshop zamanı iştirakçılara insan resurslarının idarə edilməsində süni intellekt alətlərindən düzgün və səmərəli istifadə prinsipləri, HR proseslərində işin avtomatlaşdırılması, AI texnologiyalarının gündəlik iş axınına inteqrasiyası, eləcə də daha keyfiyyətli nəticələrin əldə olunması üçün effektiv promptların hazırlanması barədə praktiki məlumat verilib.

 

Təlim çərçivəsində süni intellektdən istifadə zamanı informasiya təhlükəsizliyi, məlumatların məxfiliyinin qorunması və etik yanaşmalarla bağlı vacib məqamlar da müzakirə olunub. İnteraktiv formatda keçirilən workshop zamanı iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında fikir mübadiləsi aparılıb.

 


Workshopun əsas məqsədi insan resursları sahəsində çalışan mütəxəssislərin AI agentləri və digər süni intellekt həllərindən səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək, HR proseslərinin avtomatlaşdırılması imkanlarını nümayiş etdirmək və süni intellektin iş mühitində təhlükəsiz, effektiv tətbiqinə dair praktiki biliklər qazandırmaq olub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox