Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Bakcell və Peerstack Academy-nin tərəfdaşlığı ilə həyata keçirilən “SummerStack Bootcamp” proqramının açılış tədbiri keçirilib. Tədbir çərçivəsində iştirakçılar tədris proqramı, mentorluq mexanizmi və inkişaf imkanları ilə tanış olublar.
Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək gənclərin inkişafına və rəqəmsal bacarıqların artırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “SummerStack Bootcamp” proqramı iştirakçılara proqramlaşdırma sahəsində möhkəm bilik bazası formalaşdırmaqla yanaşı, onları real layihələr və praktiki yanaşmalar vasitəsilə peşəkar inkişaf yoluna hazırlayır.
Qeyd edək ki, üç ay davam edəcək proqram iştirakçılara müasir proqramlaşdırma alətləri olan “Java” və “Python” ilə işləmək, texniki biliklərini dərinləşdirmək və layihə əsaslı öyrənmə mühitində təcrübə qazanmaq imkanı yaradacaq.
Bakcell innovasiya, rəqəmsal transformasiya və təhsil sahəsində inkişafı dəstəkləyən təşəbbüslərə töhfə verməklə ölkədə insan kapitalının gücləndirilməsinə və gələcəyin peşələri üçün ixtisaslı kadrların hazırlanmasına dəstək göstərməyə davam edir.
Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər qeydiyyat üçün linkə daxil ola bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Elm bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















