Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
2026-cı ildə Azərbaycan şərabçılığı beynəlxalq arenada daha bir mühüm uğura imza atdı. Nüfuzlu Decanter World Wine Awards (DWWA) 2026 müsabiqəsində Chabiant Bayan Shira 2024 şərabı 88 bal toplayaraq bürünc medala layiq görüldü. Bu nəticə Bayan Shira üzüm sortu üçün Decanter müsabiqəsində əldə olunan ilk belə beynəlxalq uğur olmaqla yanaşı, həm Chabiant şərabçılıq müəssisəsi, həm də bütövlükdə Azərbaycan şərabçılıq sektoru üçün əlamətdar hadisədir.
Bayan Shira Azərbaycanın ən mühüm yerli ağ üzüm sortlarından biri hesab olunur və milli şərabçılıq tarixində xüsusi yer tutur. Uzun illər ərzində bu sort ağ quru və desert şərablarının istehsalında əsas xammal kimi istifadə edilmişdir. Son illərdə isə Azərbaycan şərabçıları onun potensialını beynəlxalq bazarlarda daha fəal şəkildə nümayiş etdirməyə başlayıblar.
Decanter World Wine Awards 2026 müsabiqəsində qazanılan medal bir daha təsdiqləyir ki, Azərbaycanın yerli üzüm sortları dünyanın tanınmış şərabçılıq regionları ilə uğurla rəqabət aparmaq imkanına malikdir. Bu nailiyyət Chabiant üçün xüsusi əhəmiyyət daşıyır, çünki yerli üzüm sortlarının inkişafı və təşviqi müəssisənin əsas strateji istiqamətlərindən biridir.
Yeni mükafat Chabiant şərablarının beynəlxalq müsabiqələrdə əldə etdiyi uğurlu nəticələrin davamıdır. Belə ki, 2025-ci ildə Chabiant Madrasa 2021 və Chabiant Saperavi–Cabernet Sauvignon 2021 şərabları Decanter World Wine Awards müsabiqəsində müvafiq olaraq 90 və 94 bal toplayaraq gümüş medallara layiq görülmüşdü.
“İsmayıllı Şərab-2” ASC üçün bu mükafat yalnız konkret bir şərabın keyfiyyətinin təsdiqi deyil, eyni zamanda milli şərabçılıq irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uzunmüddətli strategiyanın uğurunun göstəricisidir. Yerli sortlarla aparılan məqsədyönlü iş regionun unikal kimliyinin qorunmasına, eyni zamanda Azərbaycan şərablarının beynəlxalq bazarlardakı mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Decanter World Wine Awards 2026 müsabiqəsində əldə olunan bu uğur Azərbaycan şərabçılığının davamlı inkişaf etdiyini və yerli üzüm sortlarının dünyanın ən nüfuzlu beynəlxalq platformalarında ölkəmizi layiqincə təmsil edə bildiyini bir daha nümayiş etdirir. Chabiant Bayan Shira brendinin uğuru Azərbaycan ağ şərablarının tarixində yeni səhifə açır və milli şərab brendinin xarici bazarlarda tanıdılması üçün əlavə imkanlar yaradır.
TED + bölməsindən digər xəbərlər
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Həftənin ən çox oxunanları
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Süni intellekt üçün internet Bakcelldən
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




