İKTA rəsmisi Beynəlxalq Telekommunikasiya İttifaqının forumunda iştirak edib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyəti sədrinin müavini Ceyhun Hüseynzadə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən beynəlxalq forumda iştirak edib.
Agentlikdən TED.az-a bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilən MDB ölkələrinin Regional İnkişaf Forumunda regionda rəqəmsal transformasiya və inkişafla bağlı trendlər, imkanlar və çağırışlar müzakirə olunub.
Ceyhun Hüseynzadə “Rəqəmsal transformasiyanı sürətləndirmək üçün əlverişli hüquqi və tənzimləyici mühitin yaradılması” panelində və “Rabitə infrastrukturu və rəqəmsal inkişafın sürətləndirilməsi məqsədilə tərəfdaşlığın genişləndirilməsinin təşviqi” mövzusunda keçirilən dəyirmi masada iştirak edib. İKTA rəsmisi Azərbaycanın bu istiqamətdəki təcrübəsini paylaşıb.
C.Hüseynzadə forum çərçivəsində keçirilən “MDB regionu üzrə Beynəlxalq Telekommunikasiya İttifaqının regional təşəbbüsləri” adlı dəyirmi masada da iştirak edib. Tədbirdə yeni texnologiyaların tətbiqində innovasiyaların və tərəfdaşlığın təşviqi məqsədilə infrastrukturun inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə əşyaların interneti, sənaye interneti, “ağıllı” şəhərlər və icmalar, 5-ci nəsil mobil şəbəkə (5G), gələcəyin interneti və şəbəkə texnologiyaları (NET-2030), rabitə şəbəkələri, kvant texnologiyaları, süni intellekt, rəqəmsal səhiyyə, rəqəmsal bacarıqlar və ətraf mühitin mühafizəsi kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.
İKTA rəsmisi, həmçinin MDB regionu üzrə Regional Hazırlıq Toplantısında (RPM-CIS) iştirak edib. Toplantıda 2025-ci ilin noyabrında Bakıda baş tutacaq Ümumdünya Telekommunikasiya İnkişaf Konfransına (WTDC-25) hazırlıq məsələləri, eləcə də telekommunikasiya və İKT sahəsində regional prioritetlərin müəyyənləşdirilməsi, üzv dövlətlərin və sektor üzvlərinin ehtiyaclarının qiymətləndirilməsi, həmçinin gələcək fəaliyyət planları kimi məsələlər müzakirə olunub.
TED + bölməsindən digər xəbərlər
Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Həftənin ən çox oxunanları
Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!

