Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində “Təlimçilər üçün təlim” proqramına start verilib

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində “Təlimçilər üçün təlim” (TOT) proqramı həyata keçirilir.
Azərbaycan Kosmik Agentliyindən TED.az-a bildirilib ki, təlim proqramı Braziliya Kosmik Agentliyi və “IDEIA Space” şirkətinin təşkilatçılığı ilə baş tutur. Təlimlər Braziliyanın “IDEIA Space” şirkətinin baş direktoru Leonardo Souza, mühəndis Rafael Paiva Lobo və mütəxəssis Matheus Six tərəfindən aparılır. Proqramda 80 ümumi təhsil mərkəzinin müəllimi iştirak edir. Dörd gün davam edəcək bu proqramın əsas məqsədi müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdləri peyk modellərinin yaradılmasına hazırlamaqdır.
Proqram “Birinci mərhələnin icmalı, təhsil peyk dəstinin təqdimatı, layihə dizayn icmalı şablonu (PDR Canvas) və bordda məlumat emalı sistemi (OBDH) ilə tanışlıq”, “Elektrik enerji sistemi (EPS) və oriyentasiya təyini və idarəetmə sistemi (ADCS) ilə tanışlıq, bu sistemlərin şagird layihələrinə inteqrasiyası”, “Kosmik təhlükəsizlik haqqında məlumatlılığın artırılması, kosmik tullantılar və peyk əməliyyatları ilə bağlı beynəlxalq təlimatlar, faydalı yük anlayışının öyrənilməsi və onun missiyalarda rolu”, “Kosmik missiya məqsədlərinin müəyyənləşdirilməsi, missiya embleminin hazırlanması, peyk alt sistemlərinin inteqrasiyası və layihə dizayn icmalının yekunlaşdırılması” mövzularını əhatə edir.
Təlim müəllimlərə şagirdləri peyk modellərinin yaradılmasında istiqamətləndirməyə, dizayn düşüncəsi bacarıqlarını inkişaf etdirməyə və layihələrin yekun təqdimatlarını hazırlamağa kömək edəcək.
TOT proqramı Azərbaycanda ilk dəfə keçirilən Milli Peyk İnnovasiya Müsabiqəsinin bir hissəsidir. Müsabiqə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Braziliya Kosmik Agentliyi və “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilir. Müsabiqədə ölkənin 41 orta məktəbindən seçilmiş 650 şagird iştirak edir. Onlar komandalar şəklində öz peyk modellərini hazırlayır və “Space X” şirkətinin Falkon raketi vasitəsilə 101-ci “PocketQube” pikopeykini orbitə buraxacaqlar.
Müsabiqənin məqsədi kosmik texnologiyalara marağı artırmaq, elmi-texniki bilikləri inkişaf etdirmək və innovativ düşüncəni gücləndirməkdir. Eyni zamanda, layihə beynəlxalq əməkdaşlıq mühitində gəncləri gələcəyin kosmik mütəxəssislərinə çevirməyi və Azərbaycanın bu sahədə qlobal mövqeyini gücləndirməyi hədəfləyir.
TED + bölməsindən digər xəbərlər
Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi


AMB: Ölkədə 184 enerji dolum mərkəzi fəaliyyət göstərir


DİN: Ötən gün bank kartlarından 36 min manat oğurlanıb


Cari ilin birinci rübündə “Volkswagen” və “Mercedes-Benz” şirkətlərinin gəlirləri xeyli azalıb


“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub


Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir


Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində “Təlimçilər üçün təlim” proqramına start verilib


Ailə və texnologiya: nəsillərarası ünsiyyətin yeni üfüqləri


Binəqədi rayonunda silah-sursat aşkarlanıb


Aprel ayının son günü havanın temperaturu 21 dərəcəyədək artacaq


ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir


Mayın 1-dən məktəblərdə yaz tətili başlayır


10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir


Çin robotlarında "arxa qapı" tapıldı


NATO “Palantir”dən SZ əsaslı hərbi sistem alıb


Cənubi Koreya SZ ilə işləyən yeni radarı sınaqdan keçirib


KAI avtonom pilot sistemi K-AILOT-u inkişaf etdirir


"Google" itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı


"Windows" istifadəçiləri izləyən casus proqram təqdim etdi

KOBİA-nın sədrinə yeni I müavin təyin edilib


AMB "Bakı Kart"a qarşı tədbir görüb


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


Məzunların Azərbaycan dili imtahanından nəticələri daha da yaxşılaşıb - Məleykə Abbaszadə


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər

