Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Cari ilin yanvar-sentyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 479 min 807 şəxs qəbul edilib və onlara 729 min 305 sayda xidmət göstərilib.
Dövlət Vergi Xidmətindən TED.az-a verilən məlumata görə, bunlardan 271,7 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 141,7 mindən çoxu isə elektron (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtib edilməsinə və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Ümumi xidmətlərin 89,1 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması;
• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
• Asan İmza sertifikatlarının verilməsi;
• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
• Vergiödəyicisinə arayışların verilməsi;
• Vergiödəyicisinin fəaliyyətinin bərpası;
• Fiziki şəxsin uçotdan çıxarılması.
Yanvar-sentyabr ayları ərzində vergiödəyicilərindən daxil olmuş 26,5 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 10,8 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Hesabat dövründə 3452 vergiödəyicisinin iştirakı ilə 227 görüş keçirilib, 4001 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 682 mindən çox SMS göndərilib.
Bu ilin 9 ayı ərzində ümumilikdə 286 min 973 müraciət üzrə 462 min 851 “ASAN İmza” sertifikatı verilib.
TED + bölməsindən digər xəbərlər
ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib

