AZ

Telefon şarj zamanı bu əşyaların üzərinə qoymayın

 

b16a01a77e8953d3a42511d78a3d312f.jpg
03.08.2023 16:57

Bir çoxumuz telefonumuzu bir çox əşyanın üzərində şarja qoyaraq gedirik. Ancaq bu təhlükəli vərdişdən qaçmaq lazımdır.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər istifadəçiləri telefonlarını sərt bir şeyin üstünə qoymağa çağırırlar. Onları yumşaq divan və ya çarpayının üzərinə qoyub getmək olmaz.

 

Doldurma prosesi zamanı smartfonun akkumulyatoru çox qızır. Bu da telefonun dayandığı materialın temperaturunun dəyişməsinə səbəb olur.

 

Bəzilərimiz telefonu yastığın və ya hətta yorğanın altına qoyuruq. Ancaq smartfonumuzu belə bir mühitə qoymaq onun sıradan çıxmasına səbəb ola bilər.

 

Telefonları şarj edərkən yanma ehtimalı da var. Digər tərəfdən, mobil cihazın tamamilə boşaldılması da uzun müddətdə batareyanın işinə mənfi təsir göstərir.

 

Batareyanın şarjını 100 faizə çatdırmaq və minimuma salmaq tövsiyə olunmur. Həmçinin, gecələr uzun müddət smartfonu şarj etmək cihazın işinə mənfi təsir göstərə bilər.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox