Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarının qiyməti məlum olub

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5G texnoloji standartının tətbiqi ilə sellülar (mobil) rabitə xidmətlərinin təşkilinə lisenziyanın verilməsi üçün mobil operatorlardan müraciət daxil olmayıb”.
TED.az-a bu barədə nazirlikdən bildirilib.
“Lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun həyata keçirilir. Hazırda bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da 5G texnoloji standartının tətbiqi üçün hazırlıq işləri aparılır. Bu istiqamətdə artıq konseptual sənəd hazırlanıb. Bu sənədə şəbəkənin tətbiqi, standartları, tezliklərin paylanması ilə bağlı bütün məsələlər daxil edilib. Bundan əlavə, bu sənəddə texnologiyanın tətbiqi barədə məsələlər də əks etdirilir. Bu şəbəkədə hansı cihazların istifadə oluna biləcəyi göstərilir, bəzi digər məsələlər əks etdirilir”, – deyə qurum bəyan edib.
Xatırladaq ki, hazırda Azərbaycanda 4 mobil operator mövcuddur ki, onlarda 3-ü (“Azercell”, “Bakcell” və “Azərfon”) bütün ölkə, 1-i (“Naxtel”) isə yalnız Naxçıvan MR ərazisində fəaliyyət göstərir. Ümumölkə mobil operatorlarının təqdim etdiklərii 4G şəbəkəsi isə ölkənin 80%-dən çox ərazisini əhatə edir.
TED.az-ın əldə etdiyi məlumata görə, hazırda Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarnın qiyməti 1 milyon manatdır. 3G üçün isə lisenziya isə bir qədər ucuzdur. RİNN lisenziyaların qiymətləri ilə bağlı şərh verməyib.
Texnologiya bölməsindən digər xəbərlər
ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib

