AZ

Google bağlanmış nüvə stansiyasını yenidən işə salacaq

639eeccc24eecf3430524ba210055a5e.jpg
30.10.2025 14:51

Google, süni intellekt və məlumat mərkəzlərinin artan enerji tələbatını ödəmək üçün ikinci bir strategiya üzərində işləyir. Şirkət yalnız bərpa olunan enerji mənbələri ilə kifayətlənməyərək, keçmişdə bağlanmış bir nüvə stansiyasını yenidən işə salmaq niyyətində olduğunu açıqlayıb.
 

 

Google-un bu addımı, şirkətin uzunmüddətli enerji ehtiyaclarına və karbon emissiyası məqsədlərinə xidmət edən bir yanaşma kimi qiymətləndirilir. Çünki məlumat mərkəzləri və süni intellekt tətbiqləri yüksək səviyyədə təmiz və fasiləsiz enerji tələb edir və bu tələbatı külək və günəş enerjisi kimi dəyişkən mənbələrlə təkbaşına qarşılamaq çətin ola bilər.
 

 

Google hansı nüvə stansiyasını açacaq?
 

 

Söhbət ABŞ-ın Ayova ştatında yerləşən və 2020-ci ildə iqtisadi səbəblərə görə bağlanmış 615 meqavat gücündəki Duane Arnold Energy Center (DAEC) nüvə stansiyasından gedir. Google bu stansiyanın yenidən işə salınması üçün razılaşma imzalayıb.Google-un bu iş modeli süni intellekt tədqiqatları, iri miqyaslı məlumat mərkəzləri və bulud xidmətlərinə əsaslanır. Bu cür əməliyyatlar 24/7 fasiləsiz enerji tələb edir. Bu baxımdan nüvə stansiyası kimi sabit və yüksək tutumlu enerji mənbəyi xüsusilə əhəmiyyət qazanır.
 

 

Google karbon izini azaltmaq niyyətindədir
 

 

Nüvə enerjisi, fosil yanacaqlarla müqayisədə xeyli az karbon emissiyası yaradır. Bu da Google-un ekoloji məqsədləri ilə üst-üstə düşür. Bundan əlavə, stansiyanın yenidən fəaliyyətə başlaması yerli məşğulluğa və regional enerji infrastrukturuna da müsbət təsir göstərə bilər.
 

 

Bağlanmış stansiyanın geri dönüşü
 

 

Bu stansiyanın 2020-ci ildə iqtisadi səbəblərlə bağlanması və indi yenidən işə salınması ehtimalı, köhnə texnologiyaların yenidən dəyərləndirilməsi və enerji sektorundakı dönüşüm baxımından güclü bir siqnal sayılır. Bununla yanaşı, əvvəllər bağlanmış bu tip stansiyalar idarəetmə və texniki baxımdan fərqli risklərlə üz-üzə qala bilər.Google-un bu addımı, texnologiya nəhənglərinin artıq yalnız proqram təminatı və ya bulud xidməti təqdim etməklə kifayətlənməyib, həm də infrastruktur sahəsinə sərmayə qoyduğunu göstərir. Xüsusilə süni intellekt və böyük məlumat mərkəzləri dövründə, sabit və yüksək tutumlu enerji istehsalı hər zamankından daha vacib hala gəlib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox