AZ

Netflix interaktiv dövrə keçir: Canlı səsvermə funksiyası gəlir

30e6d55e5254a1201232f906ffdc5978.jpeg
29.10.2025 14:32

Netflix, izləyici iştirakı və platforma içi etkileşimi artırmaq məqsədi ilə yeni bir xüsusiyyətini istifadəyə təqdim edir. Şirkətin CTO-su Elizabeth Stone, canlı yayımlanan proqramlarda real vaxtda səsvermə funksiyasının istifadəyə veriləcəyini açıqladı. Bu addım, Netflix-in ənənəvi passiv izləmə modelindən çıxaraq interaktiv əyləncə ekosisteminə keçidinin başlanğıcı hesab olunur.
 

 

İzləyici artıq qərar verən olacaq
 

 

Yeni xüsusiyyət sayəsində istifadəçilər, canlı yayımları televizor və ya mobil cihaz üzərindən izləyərkən programın gedişatına birbaşa təsir edən səsvermələrdə iştirak edə biləcəklər. Netflix, bu funksiyanı ilk dəfə “Dinner Time Live with David Chang” adlı canlı yemək şousunda test edib. Tamaşaçılara müxtəlif yemək seçimləri təqdim olunaraq nəticələr dərhal ekranda göstərilib.
 

 

“Star Search” ilə rəsmi start
 

 

Netflix, canlı səsverməni daha geniş şəkildə yenidən yayımlanacaq məşhur istedad şousu “Star Search” vasitəsilə aktiv edəcək. Tamaşaçılar, yarışı izləyərkən yarışmacıların növbəti mərhələyə keçib-keçməməsi barədə real vaxtda qərar verə biləcəklər. Stone bildirib ki, bu addım Netflix kontentinin gələcəkdə nə qədər interaktiv ola biləcəyinin yalnız ilk nümunəsidir.Səsvermə, yayın zamanı ekranda xüsusi bildiriş kimi görünəcək və istifadəçiyə məhdud vaxt veriləcək. Canlı yayını geri saran istifadəçilər isə bu imkanları qaçıra bilərlər. Netflix-ə görə bu mexanizm, izləyicini hekayənin bir hissəsi kimi hiss etdirəcək və əyləncə təcrübəsini fərdiləşdirəcək.
 

 

Test nəticələri müsbətdir
 

 

İlk sınaqlar izləyicilər arasında sabit iştirak səviyyəsi olduğunu göstərib. Netflix, bu nəticələrin interaktiv əyləncənin gələcək potensialını sübut etdiyini bildirir. Şirkət, rəqabətin artdığı bu dövrdə yeni funksionallığın platforma daxilində icma ruhunu gücləndirəcəyinə inanır.
 

 

Platforma genişlənir: Oyunlar, podkastlar və dinamik ana səhifə
 

 

Netflix interaktivliyi təkcə canlı yayımda deyil, həm də TV üçün Party Games (Parti Oyunları), podkast yayım formatları, bulud əsaslı oyunlar üzərində də genişləndirir. “Boggle” kimi oyunların bu ilin son rübündə televizorlarda istifadəyə veriləcəyi təsdiqlənib.Bununla yanaşı, ana səhifədə animasiyalar və tematik xüsusi effektlərlə zənginləşdirilmiş dinamik istifadəçi interfeysi də mərhələli şəkildə aktivləşdirilir. İlk mərhələ Cadılar Bayramı mövzusu ilə başlayıb, ardınca Yeni İl və “Bridgerton” kimi xüsusi kolleksiyalar gələcək.

 

 

Netflix-in canlı yayımda səsvermə funksiyasını aktiv etməsi, passiv izləmə dövrünün sonu və tam interaktiv əyləncə erası kimi qiymətləndirilir. Bu addım, əyləncə bazarında rəqabəti daha da artıracaq və platformanı oyun, realiti şou və tematik kontent mərkəzinə çevirəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox