AZ

Hərbi Qənimətlər Parkı yaradılır - BAKIDA

0b5aa65f1a4c411d443139a3d9f4b576.jpg
05.02.2021 20:22

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır.


TED.az-ın məlumatına görə, park paytaxtın Xətai rayonu ərazisində yerləşir.


Geniş ərazini əhatə edən parkda tikinti işləri davam etdirilir.


Hərbi Qənimətlər Parkında Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq.


Artıq inşa edilən parkın ərazisinə hərbi qənimətlərin bir qismi gətirilib. Burada “Qrad”lar, tanklar, toplar, hərbi avtomobillər və digər hərbi texnikalar var.


Park tam hazır olduqdan sonra isə ərazidə hərbi qənimətlər nümayiş etdiriləcək.


Qeyd edək ki, ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradı keçirilib. Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunub.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox