Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO
Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə reallaşan “Türk Törəsi” - Füzulidə beynəlxalq yay məktəbi layihəsinin açılış mərasimi və təlimləri baş tutub.
TED.az xəbər verir ki, türk dünyası ölkələrinin təhsil və mədəniyyət sahəsində əməkdaşlığını təşviq edən layihə işğaldan azad olunan ərazilərdə məktəblilərin sosial-emosional, rəqəmsal və yaradıcı inkişafını dəstəkləmək, həmçinin Türk dövlətlərinin ortaq mədəni və təhsil dəyərlərini təbliğ etmək məqsədi daşıyır.
Açılış mərasimində məktəblilərə layihənin məqsədi, məzmunu və qarşıdakı fəaliyyətlər barədə məlumat verilib. Tədbirdə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri musiqili proqram ilə çıxış ediblər.
Daha sonra Türkiyə Respublikasının Milli Eğitim Bakanlığı Adana Çukurova Bilim və Sanat Mərkəzinin əməkdaşı Çiğdem Şahin “İstedadlı şagirdlərlə işin təşkili və sosial-emosional bacarıqlar” mövzusunda interaktiv şəxsi inkişaf təlimi keçirib. Təlim zamanı məktəblilər praktik fəaliyyətlər, qrup müzakirələri və yaradıcı düşünmə məşğələlərində iştirak ediblər.
Beynəlxalq məktəbin təlim proqramında həmçinin “FZ Academy” Tədris Mərkəzinin qurucusu və rəhbəri Fəzail Zəkəriyyə, eləcə də Celta və Oxford TEFL sertifikatlı peşəkar mentor Novruz İsmayılpur da çıxışçı və təlimçi qismində iştirak edirlər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə "Türk Dünyası Mədəniyyəti" İctimai Birliyi tərəfindən reallaşan “Türk Törəsi” layihəsi Füzuli məktəblilərinin yaradıcı potensialının və sosial-emosional bacarıqlarının inkişafına, onların təlim prosesində fəallığının artırılmasına, eyni zamanda Türk xalqlarının ortaq tarix, mədəniyyət və dəyərlərinin təbliğinə xidmət edir.
TED + bölməsindən digər xəbərlər
Xiaomi HyperOS 3 qlobal olaraq yayımlandı!
Android planşetlərdə çoxtapşırıq artıq daha asan!
Süni intellektlə iş vaxtı 3 günə enəcək!
Twitter.com domeni artıq tarixə qovuşur
Discord vasitəsilə hər şeyiniz oğurlana bilər!
Tesla Cybertruck: Təxmini istehsal sayı ortaya çıxdı
OnePlus 15 təqdim olundu: Xüsusiyyətləri burada!
OPPO və Google süni zəka sahəsində tərəfdaşlıq elan etdi!
Intel 14A istehsal prosesi uğurla irəliləyir
Nothing Phone (3a) Lite tanıtım tarixi məlum oldu!
Mobil tətbiqlərin yüksəlişi davam edir
Apple-dan 20-ci il inqilabı: iPhone 20 sızmaları ortaya çıxdı!
Çin Steam-ə rəqib oyun platforması yaradır!
Amazon 30 min nəfəri işdən çıxarır!
WhatsApp yeni funksiyasını təqdim etdi
X-in süni intellekt ansiklopediyası Grokipedia istifadəyə verildi
Yeni Xbox rəsmi olaraq təsdiqləndi
ASUS monitoru ilə rekord qırdı
Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO
iPhone kamerasına səviyyə qazandıran tətbiq!
CarPlay yeniləməsi ilə avtomobildə video izləmək mümkün olacaq
Gemini ilə təqdimat hazırlamaq çox asandır!
Vivo X300 seriyası qlobal bazara gəlir
Modulyar telefon HMD Fusion 2 yoldadır
Apple M6 iPad Pro yeni soyutma sistemi ilə gəlir
Tesla FSD 14.1.4 yenilikləri ilə gəldi!
Microsoft Copilot-a Yeni Süni Zəka Xarakteri: Mico
Sony İlk 200MP Kamera Sensorunu Hazırlayır!
Həftənin ən çox oxunanları
Realme GT8 Pro təqdim olundu!
iOS 26 Liquid Glass dizaynı dəyişir
İlon Maskın hədəfi Siqnal
iPhone 17 Pro Max-ın dörd kameralı yoldaşı Redmi K90 Pro Max gəlir.
iPhone 17 Pro DxOMark-ın Yeni Selfie Kralıdır!
WhatsApp yeni addımlar atır
iPhone 17 satış sürprizi
Toyota Land Cruiser FJ elan edildi
ChatGPT-nin üstünlüyü sona çatır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



