Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-İmişli, Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən, Balakən-Gərəkli kəndi, Şəki-Gəncə şəhərlərarası, eləcə də paytaxtın 45 nömrəli şəhərdaxili, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan TED.az-a bildirilib ki,müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər martın 15-də saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
- İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-İmişli istiqamətlərində 9 Lot üzrə aprelin 3-də;
- Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən, Şəki-Gəncə, Balakən-Gərəkli kəndi istiqamətlərində 9 Lot üzrə aprelin 8-də;
- Paytaxtın 45 nömrəli şəhərdaxili (“Azadlıq prospekti” metrostansiyası – M.Ə.Rəsulzadə qəsəbəsi), 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) və 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) avtobus marşrutları üzrə 3 Lotda aprelin 11-də baxılacaq.
TED + bölməsindən digər xəbərlər
Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb

