TƏBİB: Vətəndaşlar laborator analizlərinin nəticələrini “mygov” platformasından öyrənə bilərlər

Vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, xidmətin optimallaşdırılması, həmçinin laborator analizlərin nəticələrinin daha rahat şəkildə təqdim edilməsi istiqamətində TƏBİB-in tabeliyindəki Rəqəmsal Tibbi Həllər İdarəsi tərəfindən işlər aparılır.
TƏBİB-dən TED.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq “mygov” rəqəmsal hökumət platforması vasitəsilə vətəndaşların laborator analizlərinin nəticələri “e-tabib” mobil tətbiqi ilə yanaşı, “mygov” rəqəmsal hökumət plarformasına da inteqrasiya olunub. Məqsəd məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, habelə vətəndaşların növbələrdə gözləməsi hallarını minimuma endirmək və tibbi xidmətlərdən istifadə rahatlığını təmin etməkdir. Bununla da, vətəndaşlar vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən onlayn formada laborator analizlərinin nəticələrini öyrənə biləcəklər. Bunun üçün “mygov” rəqəmsal hökumət portalının mobil tətbiqində və eləcə də www.my.gov.az internet səhifəsində “Xidmətlərim” bölməsinə daxil olmaqla “Tibb məlumatlarım” hissəsinə keçid etmək lazımdır. Burada açılan “Laborator analizlər” pəncərəsindən nəticələri elektron formada əldə etmək, telefonun və kompüterin yaddaşına köçürmək mümkündür.
Yaxın müddətdə “Tibb məlumatlarım” bölməsində vətəndaşlara göstərilən digər tibbi xidmətlərin nəticələrinin də inteqrasiya edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, vətəndaşlar “e-tabib” mobil tətbiqinə daxil olaraq “Laboratoriya” bölməsinə keçid etməklə də laborator analizlərin və eləcə də digər tibbi xidmətlərin nəticələri ilə tanış ola bilərlər.
TED + bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

