AZ

“Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən qalaktikanın görüntüsünü yayıb

 

f681f5d381f18e35bde275b7ca179c77.jpg
15.04.2024 19:40

NASA və ESA-nın “Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən spiralvari qalaktikanın görüntüsünü yayıb.

 

TED.az NASA-nın saytına istinadla xəbər verir ki, “Hubble” kosmik teleskopunun çəkdiyi fotoşəkildə Yerdən 100 milyon işıq ili uzaqlıqda, Apus bürcündə yerləşən IC 4633 adlanan spiralvari qalaktika göstərilib. Bu qalaktika ulduz əmələgətirmə fəaliyyəti ilə zəngindir və eyni zamanda, onun mərkəzində aktiv qalaktik nüvə var.

 

Bununla belə, astronomlar bu qalaktikanın xüsusiyyətlərini görünən işıqda tam qiymətləndirə bilmirlər, çünki o, qismən qatı toz dumanında yerləşir. Bu qaranlıq dumanlıq ulduz əmələ gətirən Buqələmun bölgəsinin bir hissəsidir və Yerdən təxminən 500 işıq ili uzaqda, Süd Yolu qalaktikamızın yaxın bir hissəsində yerləşir. Həmin bölgədəki qatı toz buludları cənub səmasının böyük bir sahəsini tutur, öz adlarına aid bürcləri əhatə edir, eyni zamanda Apus kimi yaxınlıqdakı bürclərə də toxunur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox