AZ

Suda qalmış avtomobilləri necə ayırd etmək olar? - ƏSAS ƏLAMƏTLƏR

 

991f1894964c89c42f3cfbbe81c162ca.jpg
29.04.2024 16:40

Satışa çıxarılan avtomobilin suda qalmasını elektrik kontaktlarında oksidləşmə izləri, müəyyən detallarda texnoloji kağız yapışqanların olmaması və kuzovun gizli boşluqlarında su qalıqları ilə müəyyən etmək mümkündür.

 

Bu barədə rusiyalı ekspert Maksim Şelkov məlumat verib.

 

“İlk növbədə, avtomobilin qoruyucularını yoxlamaq lazımdır. Oksidləşmə zamanı orada ağ və yaşıl çöküntülər yaranır. Həmçinin, birləşdirici elementlərin olduğu gizli boşluqlarda pas izləri yoxlanılmalıdır”, - deyə Şelkov qeyd edib.

 

Mütəxəssis əlavə edib ki, tamamilə təmizlənmiş salonu olan avtomobillər alıcılar tərəfindən ətraflı yoxlanılmalıdır.

 

Mənbə: gazeta.ru

Dünya bölməsindən digər xəbərlər

Daha çox