“Mercedes” bu avtomobillərin istehsalını dvam etdirəcək
“Mercedes” avtomobil istehsalçısı benzin mühərrikli avtomobillərin yaradılmasından əl çəkməmək qərarına gəlib. Bloomberg yazır ki, şirkət 2030-cu ilə qədər tamamilə elektrikli avtomobillərə keçməyə hazır deyil.
TED.az xarici mediaya istinadla bildirir ki, dünyaca məşhur avtomobil markası onlara tələbat olduğu müddətcə ənənəvi avtomobillər istehsal edəcək. Beləliklə, planlaşdırılan yaşıl transformasiya gözləniləndən daha uzun çəkə bilər. Bu qərar premium elektrik modellərinə, xüsusən də EQS və EQE-yə tələbin azalması ilə əlaqədardır.
Avtomobil bazarında planlarını dəyişən yeganə şirkət “Mercedes” deyil. Bu yaxınlarda “Cadillac” da onilliyin sonuna qədər benzin mühərriklərindən imtina etməyə hazır olmadığını açıqlayıb. Səbəb də eynidir - elektromobillərə tələbatın azalması.