AZ

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

 

aa8dd2b590c38bb2d0287a793e6c2fe3.jpeg
29.04.2024 14:20

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

 

DİN mətbuat xidmətindən  TED.az-a verilən məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Vətəndaşa nümunəvi hərəkətinə görə təşəkkür edilib.

 

Abşeron RPİ əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox