AZ

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib - FOTO

 

a90cae5ae6bf9ba8862ab531b42a6167.jpg
15.04.2024 18:40

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Partner2Connect Digital Coalition” platformasının rəsmi internet səhifəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) fəaliyyəti və övladlığagötürmə üzrə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübələr kimi təqdim edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, platformada indiyədək dünyanın 142 ölkəsinin 434 qurumuna aid 895 uğurlu rəqəmsal layihə barədə qlobal miqyasda məlumatlar paylaşılıb.

 

Saytda dərc olunan innovativ nümunələr siyahısında DOST RİM-in fəaliyyəti də yer alıb. Burada Mərkəz tərəfindən elektronlaşdırılmış xidmətlərin sayı, həmçinin yaradılmış proaktiv xidmət mexanizmləri barədə məlumatlar diqqətə çatdırılır.

 

Platformada paylaşılan digər bir məlumatda isə nazirliyin “Övladlığagötürmə” altsistemindən bəhs olunur. Ölkəmizdə övladlığagötürmə sahəsində xidmətlərin rəqəmsal texnologiyalar üzərindən qurularaq obyektiv, şəffaf və çevik şəkildə həyata keçirildiyi qeyd edilir.

 

2021-ci ildə yaradılan “Partner2Connect Digital Coalition” platformasında müxtəlif dövlət və özəl təşkilatlara dəstək məqsədilə dünyanın qabaqcıl rəqəmsal təcrübələri, yeni ideya, bilik və alətləri paylaşılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox