AZ

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 12 faiz artıb

 

735340c2d1aa791165b030530facf852.jpg
15.04.2024 17:57

Cari ilin yanvar-mart aylarında Azərbaycanda yanacaq istehlakçıları 730,6 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

 

Dövlət Statistika Komitəsindən TED.az-a bildirilib ki, 2023-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 12,1 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,4 faiz gəlir əldə edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox