Samsung Galaxy Note 10: qiyməti və özəllikləri

Noyabrda Azərbaycan mobil telefon bazarında öz yerini daha da möhkəmləndirən “Samsung” şirkəti alıcılarını sevindirməyə davam edir.
“TEDfon” rubrikasında texnologiya şirkətinin ən uğurlu smartfon modellərindən olan “Samsung Galaxy Note 10 (SM-N970)” telefonunu araşdırmışıq.
TED.az sözügedən modelin qiymət və özəlliklərini təqdim edir:
“Samsung Galaxy Note 10 (SM-N970)”
Smartfonun geniş ekranı sayəsində film, oyun kimi əyləncələr daha çox maraq yaradır. Model 6,3 düym genişliyə malik ekranı ilə istifadəçilərə yüksək səviyyəli görüntü təqdim edir. İkili kamera sistemi mobil fotoqrafiya həvəskarları üçün ideal seçimdir.
256 GB daxili, 8 GB operativ yaddaşı olan cihaz dizayn və texniki özəllikləri ilə yeni nəsil ağıllı telefonlar arasında önə çıxır. Yaddaş həcmi, batareya gücü, 2 SİM girişi və s. xüsusiyyətləri və sərfəli qiyməti ilə bu telefon həm iş, həm də gündəlik istifadə üçün ideal variantdır.
168 qram çəkisi ilə olduqca ələyatımlı olan cihazın əsas kamerası 16 Mp görüntü keyfiyyəti təqdim edir. 10 Mp ölçüyə malik ön kamera istifadəçiyə keyfiyyətli “selfie” çəkilişində ideal köməkçidir.
Android əməliyyat sisteminin Android 9.0 (Pie) versiyası ilə çalışan telefon Octa-core (2x2.73GHz&2x2.4GHz&4x1.9GHz) prosessoruna, 3500 mAs batareya tutumuna malikdir. Suyadavamlı cihazın barmaq izi oxuyucusu, 3G, 4G, GPS və NFC texnologiyaları da mövcuddur.
Telefon Kontakt Home mağazalar şəbəkəsində 1 illik zəmanətlə 2099,99 manata təklif olunur.
Bundan başqa, mağaza mobil cihazı 6-18 aylıq kreditlə də müştərilərə təqdim edir. Bütün kredit seçimlərində 460 manat ilkin ödəniş nəzərdə tutulub. 6-9 aylıq kreditlərdə faiz hesablanmasa da, 15-18 aylıq kreditlərdə müəyyən faiz əlavə edilir. Bundan başqa, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.
Məhsul kreditlə satılan zaman sistemdə yuvarlaqlaşdırma tətbiq olunduğuna görə ümumi qiymətdə fərq yarana bilər.
Sözügedən telefon Optimal Electronics-də 2099 manatdır. Bundan başqa, Birkart istifadəçilərinə özəl 18 ayadək faizsiz kredit kampaniyası mövcuddur.
Mağazada, həmçinin pulsuz çatdırılma xidməti təklif olunur.
İrşad Electronics-in saytında da bu telefon müştərilərə 2099 manata satılır. Eyni zamanda, Albalıkart və Birkart istifadəçilərinə smartfon 18 aylıq ilkin ödənişsiz, faizsiz kreditlə təklif edilir.
Digər müştərilər isə telefonu 6-12 aylıq ilkin ödənişsiz, faizsiz kreditlə əldə edə bilərlər. 18 aylıq kreditdən yararlananlar üçün isə müəyyən faiz hesablanır.
Məhsulun rəsmiləşdirilməsi zamanı 5-15% komissiya məbləği tələb oluna bilər. Müştərilər, həmçinin pulsuz çatdırılma xidmətindən yararlana bilərlər.
Baku Electronics-in saytında sözügedən telefon alıcılara 2099 manata təklif edilir.
Əlavə olaraq müştərilər smartfonu faizsiz 12 aylıq kredit şərti ilə də əldə edə bilərlər.
Maxi.az-da sözügedən model 2099 manata satılır. Mağazada 2-24 aylıq müxtəlif şərtli kredit xidməti də var. Bundan başqa, alıcılar bu telefonu əldə etdikləri zaman 41,98 manat dəyərində bonus əldə edəcəklər.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


Həftənin ən çox oxunanları
Daha kiçik bir Tesla Cybertruck gəlir


Meta ağıllı saatlarla gəlir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


ROG Xbox Ally bu tarixdə gəlir


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər

