Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatı üzrə yeni araşdırma
Azərbaycan uşaq ədəbiyyatı sahəsində mühüm elmi tədqiqatlardan biri olan, Türkiyəli tədqiqatçı Dr. Yaşar Sözenin “Müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatında hekayə” (“Bağımsızlık Dönemi Azerbaycan Çocuk Edebiyatında Hikâye”) adlı kitabı nəşr olunub. Müəllifin doktorluq dissertasiyası əsasında hazırlanmış bu əsər Türkiyədə, “Bengü” Nəşriyyatı tərəfindən türk dilində çap edilərək oxuculara təqdim edilib və müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişafını, xüsusilə hekayə janrını geniş şəkildə araşdırır.
5 illik tədqiqatın bəhrəsi olan 734 səhifədən ibarət kitabda Azərbaycan uşaq ədəbiyyatının inkişaf yolu üç əsas mərhələ üzrə təqdim olunur:
- Maarifçilik, Sovet və Müstəqillik dövrləri.
- Maarifçilik dövründə uşaq ədəbiyyatı əsasən tərbiyəvi və maarifləndirici xarakter daşıyıb.
- Sovet dövründə isə ideoloji təsirlərə baxmayaraq, bədii baxımdan zəngin əsərlər yaranıb.
- 1991-ci ildən sonra başlayan müstəqillik dövründə isə milli dəyərlər, vətənpərvərlik, mənəvi keyfiyyətlər uşaq ədəbiyyatında əsas istiqamətlərdən birinə çevrilib.
Kitabda əsas diqqət uşaq hekayələrinin inkişafına yönəldilib. Müəllif yüzlərlə hekayəni araşdıraraq onların mövzu, obrazlar, dil və ideya baxımından xüsusiyyətlərini təhlil edib. Araşdırma nəticəsində müstəqillik dövründə yazılmış uşaq hekayələri əsasında “uşaq hekayə xəritəsi” hazırlanıb. Bu xəritə vasitəsilə dövrün əsas mövzuları, ideyaları və ədəbi istiqamətləri sistemli şəkildə ümumiləşdirilib.
Tədqiqat çərçivəsində müxtəlif müəlliflərin yaradıcılığı da diqqət mərkəzində olub. Kitabda Zahid Xəlil, Elvira Məmmədova, Əfsanə Laçın, Reyhan Yusifqızı, Aygün Bünyatzadə, Rafik Yusifoğlu, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Solmaz Amanova və digər yazıçıların əsərləri təhlil edilərək onların Azərbaycan uşaq ədəbiyyatının inkişafındakı rolu göstərilib.
Əsərdə uşaq ədəbiyyatının pedaqoji və tərbiyəvi əhəmiyyəti də xüsusi vurğulanır. Qeyd olunur ki, uşaq hekayələri uşaqlarda oxu vərdişlərinin formalaşmasına, təxəyyülün inkişafına və milli-mənəvi dəyərlərin aşılanmasına mühüm təsir göstərir.
Müəllif tədqiqat zamanı həm nəzəri, həm də praktik metodlardan istifadə edib, müxtəlif elmi mənbələrə və sahə araşdırmalarına əsaslanıb. Toplanan materiallar əsasında Azərbaycan uşaq ədəbiyyatının müstəqillik dövrü hərtərəfli şəkildə təhlil olunub.
Qeyd olunur ki, bu tədqiqat yalnız Azərbaycan ədəbiyyatı üçün deyil, ümumilikdə Türk dünyası uşaq ədəbiyyatının öyrənilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir və gələcək araşdırmalar üçün dəyərli elmi mənbə hesab olunur.
TED + bölməsindən digər xəbərlər
Samsung Galaxy smartfonunuzda bilmədiyiniz 10 faydalı funksiya: telefonunuzun bütün imkanlarını kəşf edin
Samsung Galaxy ilə kontent yaratmağın yeni imkanları
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
Samsung Neo QLED: sadəcə televizor yox, ailənin əyləncə mərkəzi
Telefonla peşəkar foto çəkməyin 7 sirri: Samsung Galaxy ilə hər kadrı sənət əsərinə çevirin
“Trendyol”da “Əfsanə günlər ” başlayır
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Həftənin ən çox oxunanları
Telefonla peşəkar foto çəkməyin 7 sirri: Samsung Galaxy ilə hər kadrı sənət əsərinə çevirin
Samsung Neo QLED: sadəcə televizor yox, ailənin əyləncə mərkəzi
Samsung Galaxy ilə kontent yaratmağın yeni imkanları
Samsung Galaxy smartfonunuzda bilmədiyiniz 10 faydalı funksiya: telefonunuzun bütün imkanlarını kəşf edin
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











