ADU-da yaradıcılığın biznesə çevrilməsinə həsr olunmuş təlim keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Strateji inkişaf və planlama şöbəsi və PR Point Baku şirkətinin birgə təşkilatçılığı ilə “Sevil Art” brendinin yaradıcısı, dizayner Sevil Əhmədova tərəfindən “Yaradıcılığımı biznesə necə çevirim?” mövzusunda təlim keçirilib.
Təlim zamanı Sevil Əhmədova şəxsi yaradıcılıq yolundan, “Sevil Art” brendinin yaranma və inkişaf mərhələlərindən ətraflı danışıb. O, yaradıcılığın biznesə çevrilməsi prosesində qarşılaşdığı çətinliklər, qlobal bazarda tanınmaq üçün atdığı addımlar, beynəlxalq sərgilərdə iştirakın əhəmiyyəti və məhsulların xarici bazarlara çıxarılması strategiyaları ilə bağlı təcrübəsini tələbələrlə bölüşüb.
Eyni zamanda, Azərbaycan brendinin beynəlxalq arenada tanıdılması istiqamətində konkret və praktiki nümunələr təqdim olunub. Təlim çərçivəsində kreativ ideyanın uğurlu biznes modelinə çevrilməsi üçün ardıcıl strategiyanın qurulması, rəqəmsal platformaların rolu və hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonda iştirakçılar yaradıcılığın biznesdə tətbiqi, satış və təqdimat strategiyaları, eləcə də kreativ brend hekayəsinin qurulması ilə bağlı suallar ünvanlayaraq mövzu ətrafında faydalı müzakirələr aparıblar.
Texnologiya bölməsindən digər xəbərlər
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












