“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsi uğurla başa çatdı

Azərbaycanın yaradıcı gənclərinin inkişafına dəstək məqsədilə həyata keçirilən “Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsi uğurla yekunlaşıb. Layihənin bağlanış mərasimi xüsusi təqdimat tədbiri və geniş ictimaiyyətin, gənclərin, yaradıcı şəxslərin, media nümayəndələrinin iştirakı ilə yadda qalıb.
Tədbir çərçivəsində yaradıcı gənclərin əsərlərini sərgiləyə biləcəyi innovativ rəqəmsal platforma – yaradicigenc.az saytı təqdim olunub. Bu platforma gənclərə fərdi portfellərini formalaşdırmaq, öz işlərini (rəsm, foto, animasiya, musiqi, video, əl işləri, ədəbiyyat nümunələri və s.) nümayiş etdirmək, həm ölkə daxilində, həm də beynəlxalq auditoriyaya çıxış əldə etmək imkanı qazandırır. Platformada hər bir gənc üçün yaradılmış fərdi səhifələr onların işlərini daha əlçatan edir, QR kod inteqrasiyası isə sərgilənən əsərlərə sürətli və rahat keçidi təmin edir.
Layihənin icrası müddətində onlarla yaradıcı gənc bu platformaya qoşularaq öz portfellərini hazırlayıb. Bu təcrübə gənclərin şəxsi brendinin formalaşmasına və yaradıcılıqlarının coğrafi məhdudiyyətlərdən azad olaraq daha geniş auditoriyaya çıxmasına töhfə verib.
Layihənin rəhbəri, “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin sədri Rəşad Cəfərov layihə haqqında bunları bildirib:
“Bu platforma gənclərimizin yaradıcılığını geniş miqyasda tanıtmaq üçün unikal bir fürsət yaradır. Biz inanırıq ki, bu layihə onların gələcək fəaliyyətinə yeni nəfəs verəcək və yaradıcı sahibkarlıq imkanlarını daha da genişləndirəcək.”
Layihədə iştirak edən gənclərdən biri – rəssam Banu Mirzəyeva isə təəssüratlarını belə bölüşüb:
“Əsərlərimi artıq yalnız sərgilərdə deyil, rəqəmsal platformada da təqdim edə bilirəm. Bu, mənim üçün həm motivasiya, həm də dünyaya açılan pəncərədir. İnanıram ki, yaradicigenc.az saytı bütün yaradıcı gənclərin özünü ifadə məkanı olacaq.”
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilib. Bu təşəbbüs təkcə gənclərin rəqəmsal portfellərinin hazırlanmasına deyil, eyni zamanda, ölkənin yaradıcı gənclərinin gələcəkdə öz fəaliyyətlərini sahibkarlığa çevirməsinə, yeni əməkdaşlıqlar qurmasına və beynəlxalq layihələrdə iştirak imkanlarını artırmasına dəstək olub.
“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsi Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq həyata keçirilib. Layihə gənclərin rəqəmsal transformasiyasına, yaradıcı sahibkarlığın inkişafına və Azərbaycanın gənc istedadlarının tanıdılmasına dəyərli töhfə verir.
TED + bölməsindən digər xəbərlər
Yapon şirkəti meydan oxuyur!


Büdcəyə uyğun POCO C85 təqdim edildi


Huawei Watch D2 əhəmiyyətli bir yenilik təklif edir


iOS 26 beta 9 buraxıldı: Hər şey yenidir


Honor Magic V5 qlobal miqyasda satışa çıxarılır


OpenAI yeni məlumat mərkəzi qurur: Böyük bir addım


Dolby Vision 2 inqilabi yeniliklərlə təqdim edildi


Volkswagen ucuz elektrik yolsuzluq avtomobili hazırlayır


Mercedes robot işçiləri istifadəyə verib


Tesla yol xəritəsini açıqlayır: Radikal dəyişiklik!


TCL-nin nəhəng ekranlı telefonu buradadır


Meta AI ittifaqı axtarır


Apple yeni vizual dil modelini təqdim etdi


iOS 18.7 necə olacaq?


Android çox tələb olunan yeniləməni buraxdı


Huawei MatePad Mini 4 gəlir


iPhone 17 Pro-nun şəffaf korpusları sızdı!


WhatsApp çox tələb olunan funksiyanı təqdim edir


Instagram, təsir edənlərin həyatını asanlaşdırır


“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsi uğurla başa çatdı


Huawei Watch GT 6 üçün ilk tanıtım videosu yayımlandı!


Huawei yeni yaddaş inkişaf etdirir: Radikal addım


Tesla rekord sayda Meqapaket satır!


iPhone 17-nin təqdimat tarixi rəsmi olaraq açıqlandı


Xiaomi Smart Camera 4 inkişaf etdi


Mercedes Nissan-ın payını satır


Huawei Shangjie H5 gəlir


Donald Tramp külək enerjisinə müharibə elan edib


Honor 500 seriyası təkmilləşdirilmiş kamera ilə təqdim olunacaq


QR kodu identifikasiyası Google Mesajlara gəlir!


Həftənin ən çox oxunanları
“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsi uğurla başa çatdı


WhatsApp çox tələb olunan funksiyanı təqdim edir


Meta AI ittifaqı axtarır


Instagram, təsir edənlərin həyatını asanlaşdırır


TCL-nin nəhəng ekranlı telefonu buradadır


iOS 18.7 necə olacaq?


Android çox tələb olunan yeniləməni buraxdı


iPhone 17 Pro-nun şəffaf korpusları sızdı!


Apple yeni vizual dil modelini təqdim etdi


Huawei MatePad Mini 4 gəlir

