“Azərkosmos” və Macarıstanın “4iG” şirkəti yeni strateji əməkdaşlığa imza atdılar

“Azərkosmos” ilə Macarıstanın qabaqcıl texnologiya şirkətlərindən biri olan “4iG Space and Defence Technologies” (4iG S&D) arasında anlaşma memorandumu imzalanıb.
TED.az xəbər verir ki, imzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.
Tərəflər arasında kiçik peyklərin istehsalı, yığılması, inteqrasiyası və test edilməsi (MAIT) sahəsində strateji əməkdaşlığın yaradılması; Yerin müşahidəsi məlumatları üzrə birgə layihələrin həyata keçirilməsi və tərəflərin təcrübə və resurslarının birləşdirilməsi; “4iG S&D” portfelindəki şirkətlərin “Azərkosmos”un peyk əməliyyatları, peyk rabitəsi və digər istiqamətlər üzrə təcrübəsindən faydalanması kimi əməkdaşlığın istiqamətləri müəyyən olunub. Həmçinin Azərbaycanın Avropa və Macarıstan kosmos proqramlarında iştirak imkanlarının araşdırılması, o cümlədən Avropa Kosmik Agentliyinin Biznes İnkubasiya Mərkəzi ilə potensial əməkdaşlıq; kosmos sahəsində texnoloji inkişaf, innovasiya və bilik mübadiləsini təşviq edən təşəbbüslərin dəstəklənməsi; “Azərkosmos”un KOSMİK Akademiyası vasitəsilə kosmos təhsili və peşəkarların yetişdirilməsi üzrə birgə layihələrin hazırlanması; Daxili və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək innovasiyanın təşviqi və hər iki ölkənin kosmos iqtisadiyyatında iştirakının gücləndirilməsi kimi əməkdaşlığın istiqamətləri müəyyən edilib.
“Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov bu strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib: “Macarıstanın qabaqcıl texnologiya şirkəti 4iG ilə imzalanan bu anlaşma memorandumu Azərbaycan və Macarıstan arasında kosmik sahədə formalaşan strateji əməkdaşlığın başlanğıc nöqtəsidir. İnanırıq ki, bu əməkdaşlıq yalnız texnoloji inkişafı deyil, eyni zamanda, ölkələrimiz arasında elmi və innovativ bilik mübadiləsini gücləndirəcək”.
4iG şirkətinin baş direktoru İstvan Sarhegi əməkdaşlığı belə dəyərləndirib: “Azərkosmos” ilə anlaşma memorandumunun imzalanması, “4iG”nin qlobal miqyasda strateji tərəfdaşlıqları genişləndirmək məqsədi ilə atılmış mühüm addımdır. Biz peyk istehsalı, Yer müşahidəsi və innovasiyaya əsaslanan sahələrdə imkanlarımızı birləşdirərək, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün güclü təməl formalaşdırırıq. Bu tərəfdaşlıq texnoloji inkişafa təkan verən, istedadların inkişafını dəstəkləyən və Mərkəzi Asiya ilə yanaşı daha geniş coğrafiyada kosmik iqtisadiyyatda birgə iştirakımızı gücləndirən uğurlu nümunədir”.
TED + bölməsindən digər xəbərlər
Aprel ayının son günü havanın temperaturu 21 dərəcəyədək artacaq


ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir


Mayın 1-dən məktəblərdə yaz tətili başlayır


10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir


Çin robotlarında "arxa qapı" tapıldı


NATO “Palantir”dən SZ əsaslı hərbi sistem alıb


Cənubi Koreya SZ ilə işləyən yeni radarı sınaqdan keçirib


KAI avtonom pilot sistemi K-AILOT-u inkişaf etdirir


"Google" itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı


"Windows" istifadəçiləri izləyən casus proqram təqdim etdi

KOBİA-nın sədrinə yeni I müavin təyin edilib


AMB "Bakı Kart"a qarşı tədbir görüb


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Nazir müavini: Özəl sektor süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır


Nazir: Əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə olunub


Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


Ombudsman: Rəqəmsal texnologiyalardan istifadə əmək hüququ və məşğulluq sahəsində yeni yanaşmaların tətbiqini vacib edir


Dövriyyədə olan ödəniş kartlarının sayı artıb


Uşaqların I sinfə qəbulu prosesi başlayır


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


Məzunların Azərbaycan dili imtahanından nəticələri daha da yaxşılaşıb - Məleykə Abbaszadə


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


Azərbaycan dili üzrə sertifikasiya imtahanı üçün artıq 600-dən çox şəxs imtahandan keçib - Məleykə Abbaszadə


“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir

