İKTA abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti hesabatını dərc edib

Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
TED.az İKTA-nın məlumatına istinadla xəbər verir ki, hesabatda 2025-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2024-cü ilin IV rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub. Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə I rübdə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir və bazar payının 90 faizədək hissəsini təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.
İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq. Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 6000-ə yaxın müraciət daxil olub.
2024-cü ilin martından isə artıq “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldə ediblər. Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadənin miqyasını genişləndirməklə yanaşı, platformanı da daha əlçatan edir.
Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
TED + bölməsindən digər xəbərlər
Aprel ayının son günü havanın temperaturu 21 dərəcəyədək artacaq


ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir


Mayın 1-dən məktəblərdə yaz tətili başlayır


10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir


Çin robotlarında "arxa qapı" tapıldı


NATO “Palantir”dən SZ əsaslı hərbi sistem alıb


Cənubi Koreya SZ ilə işləyən yeni radarı sınaqdan keçirib


KAI avtonom pilot sistemi K-AILOT-u inkişaf etdirir


"Google" itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı


"Windows" istifadəçiləri izləyən casus proqram təqdim etdi

KOBİA-nın sədrinə yeni I müavin təyin edilib


AMB "Bakı Kart"a qarşı tədbir görüb


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Nazir müavini: Özəl sektor süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır


Nazir: Əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə olunub


Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


Ombudsman: Rəqəmsal texnologiyalardan istifadə əmək hüququ və məşğulluq sahəsində yeni yanaşmaların tətbiqini vacib edir


Dövriyyədə olan ödəniş kartlarının sayı artıb


Uşaqların I sinfə qəbulu prosesi başlayır


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


Məzunların Azərbaycan dili imtahanından nəticələri daha da yaxşılaşıb - Məleykə Abbaszadə


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir

