Azərbaycanda daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub.
TED.az KOBİA-ya istinadən xəbər verir ki, müraciətlərə Ekspertlər Şurasının növbəti iclasında baxılıb və onlardan 7-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 206-ya çatıb.
“Startap” şəhadətnamələri "Aprimus" MMC-nin tibbi xidmətlərin qeydiyyatı, nəzarət və analiz platforması, "Nomadman Studio" MMC-nin kompüter oyunlarının istehsalı, "Poolin İnsurtech" MMC-nin “insurtech” sığorta həlləri üçün onlayn platforması, "Remart Digital Solutions" MMC-nin yaşayış kompleksləri üçün onlayn satış və biznes proseslərinin idarəetmə platforması, "Novalingua" MMC-nin xarici dillərin öyrədilməsi və qiymətləndirilməsi üçün süni intellekt əsaslı onlayn platforması, "Tokaz" MMC-nin elektrik avtomobilləri üçün şarj stansiyalarının idarə ediməsi üçün mobil tətbiqi və fiziki şəxs Bəhruz Qədirovun müəllif ideyalarını və layihələri investorlara təqdim etmək üçün onlayn platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: smb.gov.az/az/nav/startap-sehadetnamesi
Startaplar bölməsindən digər xəbərlər
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Həftənin ən çox oxunanları
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD













