BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

Çin Xalq Respublikasının “Ruipan Beynəlxalq Təhsil Texnologiyaları” (“Beijing Ruipan International Education Technology”) şirkətinin nümayəndələri Bakı Mühəndislik Universitetində (BMU) olublar.
BMU-dan TED.az-a bildirilib ki, qonaqlarla görüşdə rektor Yaqub Piriyev Azərbaycanla Çin arasında əlaqələrin tarixinə toxunub, əməkdaşlığın genişlənməsi və inkişafının iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verdiyini, sülhə, sabitliyə, sosial-iqtisadi, mədəni tərəqqiyə xidmət etdiyini vurğulayıb. Rektor ölkələrimiz arasında təhsil sahəsində həyata keçirilən layihələri, xüsusilə Hökumətlərarası Təqaüd Proqramının əhəmiyyətini vurğulayaraq, proqramın Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində istədikləri ixtisas üzrə təhsil almaq imkanı yaratdığını söyləyib.
Yaqub Piriyev sonra BMU-nun maddi-texniki bazası, akademik heyəti, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ətraflı bəhs edib, universitetin son illər genişlənən beynəlxalq əlaqələrinin müsbət təsirlərini vurğulayıb.
Öz növbəsində, “Beijing Rupian International Education Technology” haqqında məlumat verən şirkətin direktoru xanım Li Xin Pekin şəhərində yerləşən şirkətin güclü maddi-texniki bazaya malik Çin universitetləri ilə dünya ölkələrinin ali təhsil ocaqları arasında əməkdaşlıq yaratdığını, eləcə də e-öyrənmə, onlayn kurslar, təhsil resursları, müxtəlif texnoloji alətlərin inkişafı istiqamətində fəaliyyət göstərdiyini deyib. Əlavə edib ki, şirkət tələbələr üçün birgə beynəlxalq proqramlar həyata keçirir, qış və yay düşərgələri təşkil edir, qarşılıqlı maraq doğuran fənlərarası akademik mübadilələri gerçəkləşdirir, o cümlədən beynəlxalq əməkdaşlıqları gücləndirmək və müxtəlif universitetlərlə əlaqələrin inkişafı məqsədilə çeşidli layihələrdə iştirak edir.
Görüş zamanı informasiya texnologiyaları (IT) ixtisaslarında təhsil alan tələbələrin qarşılıqlı tədrisə göndərilməsi, eləcə də BMU tələbələrinin Çində müvafiq ixtisaslar üzrə təcrübəyə cəlb olunması, habelə çinli tələbələrin yay məktəblərinin tanışlıq məqsədilə Azərbaycanda təşkili məsələləri müzakirə edilib. Həmçinin müəllimlərin qarşılıqlı səfərlərinin təşkili nəzərdən keçirilib, builki tədris ilinin ikinci semestrində çinli müəllimlərin BMU-da IT üzrə dərslərə cəlb olunmalarına dair ilkin razılıq əldə edilib.
TED + bölməsindən digər xəbərlər
ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


Həftənin ən çox oxunanları
Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


Meta ağıllı saatlarla gəlir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


ROG Xbox Ally bu tarixdə gəlir


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


Samsungun gəlirləri azaldı! Niyə?

