Daha 205 nəfər növbəti tədris ilində Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.
Bu barədə TED.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri Kolumbiya Universitetində, 7-si Harvard Universitetində, 7-si Kembric Universitetində, 6-sı Yel Universitetində, 5-i Berkli Kaliforniya Universitetində, 4-ü Sinqapur Milli Universitetində, 3-ü Oksford Universitetində, 3-ü İsveçrə Federal Texnologiya İnstitutunda (ETH Zurich), 3-ü Çikaqo Universitetində və digər nüfuzlu universitetlərdə təhsil alacaq.
Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.
TED + bölməsindən digər xəbərlər
ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


Həftənin ən çox oxunanları
Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


Meta ağıllı saatlarla gəlir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


ROG Xbox Ally bu tarixdə gəlir


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


Samsungun gəlirləri azaldı! Niyə?

