AZ

“WhatsApp”da daha bir yenilik: Qrup mesajları...

 

e1bd559509730e51b9487e67d79c032b.jpg
17.03.2022 19:57

Dünyanın ən populyar mobil messenceri “WhatsApp”a daha bir funksiya əlavə olunub. 

 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adminlərə digər qrup üzvlərinin göndərdiyi mesajları silmək imkanı veriləcək. 

 

Hesab edilir ki, bu yenilik sayəsində qrup üzərində nəzarət daha da güclənəcək. Funksiya yerinə yetirilən zaman istifadəçilər “Bu mesaj admin tərəfindən silindi” bildirişi alacaqlar. 


Qeyd edək ki, bu özəllik “Facebook”, “Telegram” sosial şəbəkələrində uzun müddətdir ki, var. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox