AZ

Magistraturaya qəbul qaydaları və imtahan proqramı açıqlanıb

 

1a5d701e41781c523ea0219103b8b17a.jpg
06.01.2022 13:35

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

 

Bu barədə TED.az-a  DİM-dən məlumat verilib.

 

Bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində təqdim edilib.

 

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox