AZ

Domen - sayt adlarını hardan və necə ala bilərsiniz? – CƏDVƏL

17c4b8a0333cfcda06c79c005d592c34.png
23.05.2019 12:28

Domen veb-saytın internet üzərindəki adı və ya ünvanıdır. Biznesini internetdə də tanıtmaq istəyən hər bir şəxs, ilk olaraq domen alır, sayt açaraq işə başlayır.

 

Hansısa bir şirkətdən domen alan zaman diqqət ediləcək bir çox vacib məsələlər var.

 

Bu şirkətlər domen alan şəxsdən bir istifadəçi hesabı yaratmağı xahiş edir. Həmişə xatırlaya biləcəyiniz bir istifadəçi hesabı yaratmalısınız. Bu istifadəçi hesabı üçün təqdim etdiyiniz e-mail sizin daim istifadə edib şifrəsini yadda saxladığınız və ya lazım gəldikdə dəyişə bildiyiniz bir e-mail olmalıdır. Domen qeydiyyatı zamanı bəzi satış saytları serverin DNS-lərini əvvəlcədən istəyə bilər. Ən çox halda isə DNS-ləri domeni aldıqdan sonra da qeyd etmək mümkündür. Buna görə də DNS-lərinizi çalışın yadda saxlayın.

 

Bir domenin idarə olunması üçün unudulmamalı olan məlumatları ümumiləşdirək:

 

1) Domen aldığımız saytda müəyyən edilmiş istifadəçi adı və şifrə.

2) Bu istifadəçi hesabı üçün müəyyən edilmiş e-mail hesabı və şifrəsi.

3) DNS-lər.

 

Domenin idarə olunması üçün yuxarıda göstərilənlərin hansınısa yadınızdan çıxarsanız, domen yayınındakı server dəyişdirilmişsə, lazımi parametrləri dəyişə və ya domenin müddəti bitdikdə yenidən ödəmə edə bilməzsiniz. Hər iki halda, domeninizin internetdə yayımı dayandırıla bilər. İnternet dünyasında məşhur-populyar saytların domenlərini almağa meyl var. Əgər domeniniz məşhur olub, ödəniş etmədiyiniz üçün satışa çıxarılıb və başqası tərəfindən alınıbsa, siz bu domeni yenidən əldə etmək üçün çox böyük məbləğ ödəməli olursunuz. Bəzən də heç əldə edə bilmirsiniz.

 

Beynəlxalq təcrübəyə əsasən, kommersiya saytları “.com”, rəsmi dövlət saytları “.gov”, təşkilat saytları “.org”, hərbi mövzuda olan saytlar “.mil”, təhsil haqqında saytlar  “.edu” və s. kimi sonluqlu domenlərdən istifadə edir.

 

Beynəlxalq səviyyədə domen almaq üçün bir sıra saytlar mövcuddur. Belə saytlara domain.com, natro.com, whois.com və s. aiddir.

 

Hər ölkənin özünə məxsus milli domenləri vardır. Məsələn, “.az” Azərbaycana, “.de” Almaniyaya, “.ru” Rusiyaya, “.us” ABŞ-a, “.tr” Türkiyəyə və s. aiddir.

 

Azərbaycanda domen satışıyla məşğul olan məşhur saytlar “domain.az”, “online.az”, “Sayt.az”, “smarthost.az”dır.

 

“.az” sonluqlu domenin illik qiymətindən əlavə qeydiyyat üçün 20 AZN-də ödənilir.

 

Domen satışıyla məşğul olan saytlar üzrə qiymətləri təqdim edirik:

 

TED + bölməsindən digər xəbərlər

Daha çox