Əlibaba Rəmzinin şeirləri
Əlibaba Rəmzi Bakı şəhərində yerləşən Elçin Şəmiyev adına 149 saylı məktəbin şagirdidir.
Bilməz
Eşq yolunda göz yaşı tökənlər gülə bilməz,
Laqeyid insan eşqin şərabından içə bilməz.
Viranə qoyumusan bu könül mülkünü yarım,
İstirab əzabın çəkmiyən insan, qəm bilə bilməz.
Rəhm eylə gülüm, bu könül mülkünü vəsf et,
Aşiq olmayan insan qədrini mülkün öylə bilməz
Məşuq ilə aşiq arasından, bir qətrə su keçməz,
Məqsədsiz çeşmədən bu qədər su gələ bilməz.
Əkdiyim sevgi bağında, ağacım versədə bar,
Naxələf insan o, barı-bəhərdən dərə bilməz .
İllərdi bu Rəzmi, şövq ilə nazını çəkmiş yarın,
Məna kərəmindən, heç vaxt, əl çəkə bilməz.
Getdi
Yarım əlvan üzünü döndərdi üzümdən, getdi.
Aldı ömrümdən ömür, inciyib sözümdən, getdi.
Gecə-gündüz düşüb səhraya, axtardım onu,
Gündüz işığımdan, zülmətdə gecəmdən, getdi.
Hicrdən qəlbim od tutub yandı nəva eyləmədin,
Cismim rüzgar ilə uçmaqla, közümdən getdi.
Solmuş çiçəyin behcəti olmaz aləmdə rəva,
Dən-dən düşən ləçəyin hüsnü gülümdən getdi.
Sən-sən ol, fani dünyaya bel bağlama, Rəzmi,
Birdə gördün ki, fələk aldı ömürdən, getdi.
Anacan
Gözümün nurunun taqəti, sən-sən, Anacan,
Dediyim hər sözün hikməti, sən-sən, Anacan.
Həqqdir, eşqimizin hidayət yolu, ancaq,
Hər dəm dilimin adəti, sən-sən, Anacan.
“Ana” kəlməsini misraya sığdırmaq əbəsdir,
Çün bu kainatın izzəti, sən-sən, Anacan.
Cahana minlərlə gözəl gəlsə, istəməm,
Qəlbimin hüsnü-behcəti, sən-sən, Anacan.
Dünyadakı fani olan mülkü neylərəm?
Bu Rəzminin varı, dövləti, sən-sən, Anacan.
Oldu
Ey yar, vəfadan ürəyin, bixəbər oldu,
Eşqində nəsibim, gecə-gündüz kədər oldu.
Bir qətrəcə rəhm eyləmədin sən mənə, zalim,
Gözyaşım, aman, ayrılıqından xəzər oldu.
Vaiz, bizi niran ilə qorxutmaq, əbəsdir,
Hicr atəşi aşiqlərə, ondan betər oldu.
Bil qədrini ömrün, yaşayıb eşq ilə hərdəm,
Bir ömr ki sərf olmadı eşqə, hədər oldu.
Rəzmi, gərək eşqində fədəkar ola aşiq,
Cananına can verdi kim, əhli-hünər oldu!
TED + bölməsindən digər xəbərlər
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
"İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
“Bakcell” “Peerstack Academy”nin innovasiya tərəfdaşıdır
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



