Magistraturaya sənəd qəbulu elan edilir
Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edir.
DİM-dən TED.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.
Bakalavr 2025-ci il yanvarın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanının (I cəhd) 2025-ci il fevralın 16-da keçirilməsi nəzərdə tutulur.
İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır. Qeyd edək ki, xarici dil üzrə bakalavrlara oxuyub-anlama bloku üzrə iki oxu mətni – mətnlərin hər birinə aid 4 qapalı, 1 açıq tipli test tapşırığı olmaqla, ümumilikdə 5 tapşırıq təqdim olunur. Oxu mətnləri üzrə açıq tipli (seçim) test tapşırıqlarından əlavə, verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən qapalı tipli test tapşırıqları da verilir. Bu tip test tapşırıqlarında, ümumilikdə 4 mülahizə olur. Bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduqda bu, 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduqda 0.5 (yarım) balla, iki və ya daha az mülahizəni doğru cavablandırdıqda isə 0 (sıfır) balla qiymətləndirilir.
İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır.
Qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunub. Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
e-Azərbaycan bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Oppo Reno 15 Pro Mini Gəlir!
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


