AZ

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib

 

bca380e9a3b9ac83efa7a4b667774ceb.jpg
08.08.2024 10:00

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını çap edib.

 

DİM-dən TED.az-a bildirilib ki, xüsusi buraxılışda “2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli ” və digər faydalı məlumatlar təqdim olunub.

 

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox