AZ

Türkiyədən "Meta"ya milyon dollarlıq cərimə

0eb8a8b8f820bf52045396f448ad0786.jpeg
14.05.2024 21:40

Türkiyənin antiinhisar tənzimləyici orqanı olan Rəqabət Şurası "Meta" korporasiyasına şirkətin fəaliyyəti ilə bağlı başa çatmış iki proses üzrə 1,23 milyard lirə (təxminən 38,5 milyon dollar) məbləğində cərimə kəsib.

 

TED.az xəbər verir ki, cərimələr tənzimləyicinin 2023-cü ildən bəri ABŞ korporasiyasına qarşı tətbiq etdiyi iki ayrı icraatın yekunu kimi kəsilib.

 

Onlardan biri "Facebook", "Instagram" sosial şəbəkələri və "WhatsApp" mesencerinə, digəri isə "Threads" sosial şəbəkəsinə aiddir. Şikayətlər arasında bu xidmətlərin istifadəçilərinin şəxsi məlumatlarının məcburi şəkildə digər "Meta" bölmələrinə ötürülməsi də var.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox