Ötən 7 ayda Naxçıvanda 1088 abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub

Muxtar respublikada telekommunikasiya sahəsinin inkişaf etdirilməsi əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunmasına hərtərəfli şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildirilib ki, bu ilin ötən 7 ayında Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilib, 672 nömrə tutumlu yeni avtomat telefon stansiyası quraşdırılıb. Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərinin Qaraçuq kəndində, Şahbuz şəhərində, Babək rayonunun Nehrəm qəsəbəsində və Şıxmahmud kəndində, ümumilikdə, müxtəliftutumlu 4 yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyası quraşdırılıb.
Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 1088 yeni sabit şəbəkə telefon nömrəsi abonentlərin istifadəsinə verilib.
Rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə şəhər, rayon və kəndlərdə müvafiq işlər görülüb. Ordubad rayonunun Pəzməri kəndində rabitə xətt təsərrüfatının və 96 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyasının quraşdırılması, eləcə də rayonun Unus və Kələki, Şərur rayonunun Həmzəli, Vərməziyar və Axura kəndlərində rabitə xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq işlər isə davam etdirilir.
Bununla yanaşı, nazirliyin aid mütəxəssislərinin iştirakı ilə yerlərdə monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə xətlərində və abunə qurğularında yaranmış nasazlıqlar aradan qaldırılıb, internet verilişində qırılmaların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.
TED + bölməsindən digər xəbərlər
Yeni nəsil Volkswagen T-Roc gəlir.


Galaxy Watch 8 seriyası üçün ilk yeniləmə yayımlandı!


Tədbirdən əvvəl ChatGPT 5 sızdırıldı


iPhone qiymətləri qalxır! İstehsal ABŞ-a köçdü!


LG yanmış telefona görə təzminat ödəyəcək


Samsung daha üç model üçün yeniləmələri elan etdi


Samsung-un sərfəli planşetinə geri sayım


Steam bu Mac-lərdə işləməyəcək


Samsung 37 düymlük oyun monitorunu elan etdi


Galaxy S26 Ultra-nın şarj sürəti ortaya çıxdı


Elon Mask Elon Maskı mükafatlandırdı!


O, iPhone 16 Pro ilə 40 klip çəkdirib


WhatsApp-dan balansı dəyişəcək bir xüsusiyyət gəlir


ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


Həftənin ən çox oxunanları
ROG Xbox Ally bu tarixdə gəlir


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


iOS 26 beta versiyası rekordlar qırdı


Toyota satış rekordları qırdı! Bəs necə?


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


“Apple” süni intellektə investisiyaları artıracaq


PlayStation 6 və PSP 2 ortaya çıxdı

