"Smart customs-da bəyan edilməyən məhsullar..." - Gömrük rəsmisi aydınlıq gətirdi

Azərbaycan Dövlət Gömrük Komitəsinin Smart Customs mobil tətbiqi bir müddət öncə texniki nasazlıqlardan dolayı fəaliyyətini dayandırmış, tətbiq aktivləşdirildikdə bu barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilmişdi.
Hazırda isə Dövlət Gömrük Komitəsi rəsmi məlumat verməsə də, əksər daşınma şirkətləri tətbiqdə bəyanetmənin zəruri olduğunu bildirirlər.
Maraqlıdır, hazırda tətbiqdən yararlanmayan şəxslərin məhsulları ölkəyə buraxılır? Ümumiyyətlə, gətirilən məhsulların bu şəkildə bəyan edilməsi ölkəyə nə üçün lazımdır?
Mövzu ilə bağlı TED.az-a danışan Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov sosial şəbəkələrdə müzakirələrə səbəb olan məsələyə aydınlıq gətirib.
Qurum rəsmisi bildirib ki, Smart customs tətbiqində yaranan texniki problemlər tam aradan qaldırılıb və tətbiqdə bəyanetmə zəruridir. Texniki problemlər zamanı bəyan olunmayan malların buraxılışı isə təmin edilir: “Smart Customs” ötən ilin sentyabr ayında istifadəyə verilib, internetin ölkə ərazisində müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar proqramın istifadəsinə dair məcburiyyət 2020-ci ilin sonuna qədər aradan götürülüb. Bu müddət ərzində proqramda təkmilləşdirmələr aparılıb və cari ilin əvvəlindən yenidən tətbiqinə başlanıb. “Smart Customs” mobil tətbiqi gömrük xidmətlərinin mobil platformaya daşınmasını, bununla da gömrük xidmətlərinə əlçatanlığın səviyyəsinin yüksəldilməsini hədəfləyən bir layihədir. Hazırda təkmilləşdirilmiş versiyada ilkin olaraq “Sadələşdirilmiş bəyannamə - elektron ticarət”, “Elektron növbə”, “Sürətli keçid” və “Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması” gömrük xidmətləri öz əksini tapıb. Gələcəkdə xidmət növlərinin sayı daha da artırılacaq. “Sadələşdirilmiş bəyannamə - elektron ticarət” elektron gömrük xidmətinin Anroid və İOS əməliyyat sistemləri istifadəçiləri üçün hazırlanıb təqdim edilmiş “Smart Customs” mobil tətbiqi üzərindən istifadəsi təmin edilib.
Vətəndaşlarımızın rahatlığının təmin edilməsi, həm də gömrük orqanlarının işinin səmərəliliyinin artırılması baxımından “Smart Customs” mühüm əhəmiyyət daşıyır. Bu layihə vaxt və əlavə vəsait itkisinin aradan qaldırılmasına, şəffaflığın sürətləndirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, mövcud resurslardan səmərəli istifadə olunmasına şərait yaradacaq".
Lamiyə SÜLEYMANLI
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung 37 düymlük oyun monitorunu elan etdi


Galaxy S26 Ultra-nın şarj sürəti ortaya çıxdı


Elon Mask Elon Maskı mükafatlandırdı!


O, iPhone 16 Pro ilə 40 klip çəkdirib


WhatsApp-dan balansı dəyişəcək bir xüsusiyyət gəlir


ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Həftənin ən çox oxunanları
ROG Xbox Ally bu tarixdə gəlir


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


iOS 26 beta versiyası rekordlar qırdı


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


Toyota satış rekordları qırdı! Bəs necə?


“Apple” süni intellektə investisiyaları artıracaq


PlayStation 6 və PSP 2 ortaya çıxdı

