AZ

ADY qatarları ilə səfər edənlərin sayı artıb

 
 

46417636bef8bdd0053142c07edfc9de.jpg
08.05.2024 14:00

Bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edənlərin sayı 21,4 % artaraq 684,862 minə çatıb.

 

TED.az ADY-yə istinadən xəbər verir ki, apreldə səfər edənlərin 95,8 %-i və ya 656,269 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə səyahət edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

 

Hesabat dövründə Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı 6,3 % artaraq 24,975 minə, Bakı-Qəbələ-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı isə 2,2 dəfə artaraq 3,618 minə çatıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox